Pleyeri seçin:

Müştərilərə bazarda "yaş" adı ilə suya salınmış qoz satılır?

22 oktyabr 2025 528 baxış

Masazır qəsəbəsində yerləşən marketlərdən birində alıcılar iddia edirlər ki, çəkisi ağır gəlsin deyə qozlar əvvəlcədən suya salınaraq satışa çıxarılır.

Baku TV məsələni araşdırmaq üçün sözügedən marketə üz tutub. Marketin məsul şəxsi iddiaları təkzib edərək bildirib ki, qozlar suya salınmır, satışa bu şəkildə gəlir.

Satıcıların sözlərinə görə, yaş qozla suya salınmış qozu ayırd etməyin sadə üsulları var. Belə ki, suya salınmış qozun qabığı parlaq olur və bir müddət sonra kənarları göyərir.

“Qozun üstündəki yaşıl qabığı çıxartmaq üçün zavodda üzərinə su vurulur. Rayondan bura gətirilənə qədər qoz quruyur, amma bəzi satıcılar qozu axşamdan suda saxlayırlar. Bu zaman su qozun içinə dolur və çəkisi artır. Belə qoz daha yumşaq və dadlı olur. Alıcılar da ən çox buna üstünlük verirlər. Amma suda saxlanılan qozlar orqanizm üçün zərərlidir”, ‒ deyə satıcılardan biri qeyd edib.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, yaş qozlar təxminən bir ay əvvəl bazarlarda satışa çıxarılıb və əksəriyyəti xaricdən gətirilir:

“Bu qozlar çəkisinin ağır gəlməsi üçün suya salınır. Quru qozla müqayisədə təxminən 50 faiz daha ağır olur. Əhali bu növü üstün tutur. Lakin düzgün şəraitdə saxlanılmadıqda, bu qozlar kiflənərək mədə-bağırsaq problemlərinə səbəb ola bilər”.

Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, əsl yaş qozun içi qabığından fərqli olaraq quru olur. Buna görə də alıcılar məhsulu alarkən diqqətli olmalıdırlar.

Banner
İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

İşə müraciət edərkən FİN kod niyə lazımdır? | Vəkil məsələyə aydınlıq gətirdi - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 528 baxış
"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

"Ay qardaş, başa düşün!" | "Makler evləri" alanlar təhlükədə | "Fəhləni usta kimi işlədirlər ki..."

Cəmiyyət
27 oktyabr 2026 528 baxış
Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Nağd pul, 9 litr su və ərzaq ehtiyatı: böyük kiberhücuma hazırlıq üçün vacib tələb - AKTUAL GÜNDƏM

Cəmiyyət
27 oktyabr 2026 528 baxış
Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Koreya istehsalı məhsul necə saxta çıxdı? | Mağaza nümayəndəsi vətəndaşın iddiasına nə cavab verdi?

Cəmiyyət
27 oktyabr 2026 528 baxış
Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Xəbərdarlıq | Ucuz ev almaq istəyənləri hansı risklər gözləyir? - Baku TV CANLI

Cəmiyyət
27 oktyabr 2026 528 baxış
"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV

"Report" İnformasiya Agentliyinin 12 yaşı tamam olur - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 528 baxış
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 528 baxış
"Səhnədə dürüst olmaq istəyirsənsə, bu obrazın üçsaatlıq həyatını yaşamalısan" - QAPQARA

"Səhnədə dürüst olmaq istəyirsənsə, bu obrazın üçsaatlıq həyatını yaşamalısan" - QAPQARA

Cəmiyyət
26 oktyabr 2026 528 baxış
İşsizlik sığortası kredit ödənişlərini müəyyən müddət qarşılaya bilər - Baku TV

İşsizlik sığortası kredit ödənişlərini müəyyən müddət qarşılaya bilər - Baku TV

Cəmiyyət
26 oktyabr 2026 528 baxış
Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı - Baku TV

Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı - Baku TV

Cəmiyyət
26 oktyabr 2026 528 baxış
Seçilmişlər
icon