Pleyeri seçin:
Nazirlik şagirdlərin təhlükəsizliyini necə qoruyur?
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda həm xüsusi mühafizə olunan, həm polis tərəfindən mühafizə edilən məktəblər var.
Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bütün məktəblərə ən azı həyəcan düyməsi yerləşdirilib: "Bu istiqamətdə müvafiq təlimlər də keçirilir".
Nazir xatırladıb ki, təhlükəsizlik baxımından ən uğurlu layihə "Məktəblinin dostu"dur: "Artıq 100-dən artıq məktəbdə bu layihə icra olunur. Onu da qeyd edim ki, bir müddət əvvəl məktəbdə qidalanma ilə bağlı hadisədə ilk müdaxiləni direktorla yanaşı, məhz "Məktəblinin dostu" etmişdi. Bu layihənin əhatə dairəsinin genişləndirilməsinin tərəfdarıyıq".
Kopyalandı
#Emin Əmrullayev teqi istifadə olunub
- Emin Əmrullayev müəllimlərin geyimindən danışdı - Baku TV
- Bu fənn müəllimləri də sertifikasiyaya cəlb olunacaq? | Emin Əmrullayevdən açıqlama - Baku TV
- “Tələblərimiz artacaq” | Nazirdən müəllimlərin sertifikasiya imtahanı ilə bağlı açıqlama - Baku TV
- Emin Əmrullayev məktəblərdə süni intellektin tətbiqindən danışdı - Baku TV
- Emin Əmrullayevin yeni tədris ilinə dair mətbuat konfransı - Baku TV
