Nə oxuduqlarını bilmirlər | Qəzəlxan Arif Buzovnalı müğənni və meyxanaçılardan danışdı - QAPQARA
Yeniliklərdən dərhal xəbərdar olun
“Qapqara” verilişinin budəfəki qonağı qəzəlxan Arif Buzovnalı olub.
Proqramda o, müasir insanın mərifətə çatma yolu haqqında fikirlərini bölüşüb.
Qəzəlxanın sözlərinə görə, mərifət insanın tanıma qabiliyyəti ilə başlayır və insan ilk növbədə gördüyü işin mahiyyətini dərk etməlidir.
A.Buzovnalı bildirib ki, bir çox müğənnilər xalq mahnılarını ifa etsələr də, sözlərin mənasını anlamırlar. Bu cür anlayışsızlıq isə sənətçinin təqdim etdiyi əsərin dəyər və məğzini itirir.
O vurğulayıb ki, cəmiyyəti, insanları və öz mövqeyimizi dərk etmək üçün əvvəlcə öz işimizi başa düşməliyik.
Meyxana sənəti barədə danışan A.Buzovnalı qeyd edib ki, əgər meyxanaçılar şeir yazırlarsa, onlara şair demək olar.
Onun sözlərinə görə, meyxana əvvəlki formasından fərqli olsa da, bu gün musiqi səhnəsində mühüm yer tutur.
A.Buzovnalı hesab edir ki, gələcəkdə meyxana hətta opera sənətinə də təsir göstərə bilər, çünki bu janr artıq müasir musiqinin əsas istiqamətlərindən birinə çevrilib.
#Qapqara teqi istifadə olunub
- "Səhnədə dürüst olmaq istəyirsənsə, bu obrazın üçsaatlıq həyatını yaşamalısan" - QAPQARA
- "Özümüzə oxşayan film çəkmirik" | Tərlan Nur Yaşar Azərbaycan kinosundakı problemlərdən danışdı
- "Hər işi süni intellektə gördürəcəyəm" - Fərid Pərdəşünas - QAPQARA
- “Həyatda çox az şeyə peşman olmuşam” | Aparıcıdan şəxsi həyatı ilə bağlı etiraf - QAPQARA
- “O cür aktyorun əlindən nə desən, gələr” | Anasının bir sözü ilə aktyor olan Şövqi Hüseynov
