"Hər işi süni intellektə gördürəcəyəm" - Fərid Pərdəşünas - QAPQARA
“Qapqara” verilişinin yeni buraxılışının qonağı texnoloji sahibkar Fərid Pərdəşünas olub.
Mütəxəssis süni intellektin rəqəmsal peşələrə təsirindən söz açaraq ən böyük dəyişikliyin məhz bu sahədə başladığını vurğulayıb:
“Biz gələcəyin peşəsi kimi proqramçılıq və dizaynı görürdük, amma süni intellekt birinci növbədə bu sahələri vurmağa başladı. Çünki bu peşələr rəqəmsal kodlar üzərində qurulub və süni intellekt bu dili çox yaxşı başa düşür”.
Fərid Pərdəşünas süni intellektdən istifadə bacarığının vacibliyinə toxunaraq insanın peşəkarlığının rəqəmsal alətlərdə öz əksini tapdığını qeyd edib:
“Sən kimsənsə, nəyi bacarırsansa, verdiyin göstərişlər və yazdığın mətnlər süni intellektə elə o cür də yansıyır. Əgər yaxşı mütəxəssissənsə, süni intellektlə ərsəyə gətirdiyin iş də peşəkar olacaq. Heç nə bilmədən “bütün işləri süni intellektə gördürəcəyəm” deyib nəticə almaq mümkün deyil”.
Ölkədəki rəqəmsal strategiyadan danışan ekspert Azərbaycanın bu sahədəki əsas hədəfini izah edib:
“Bizim ABŞ və ya Çinlə yarışacaq texnoloji infrastrukturumuz yoxdur. Bizim ata biləcəyimiz ən doğru addım insanlara süni intellektdən düzgün istifadə etməyi öyrətmək və peşələri bu texnologiyaya uyğun transformasiya etməkdir”.
#Fərid Pərdəşünas teqi istifadə olunub
