Nişanına günlər qalmış öldürülən Vüsalın ailəsi fəğan etdi | Xəncər boyda bıçaqla... - ARZUNUN VAXTI
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışında 27 yaşında qətlə yetirilən Vüsalın ailəsinin yaşadığı ağır faciədən bəhs olunub.
Avtomobil ustası işləyən Vüsal hadisə baş verən gün işdən evə qayıdırmış. Ailəsinin sözlərinə görə, küçədə bir qrup gənclə aralarında yaranan qısa mübahisədən sonra həmin şəxslər geri qayıdaraq ona bıçaqla çoxsaylı zərbələr endiriblər. Ağır yaralanan gəncin həyatını xilas etmək mümkün olmayıb.
Vüsalın anası oğlunun zəhmətkeş, ətrafında hörmət qazanan və peşəsini sevən bir gənc olduğunu bildirib:
“Mənim balamın əlləri mazut içində idi. İşindən evə gəlirdi. Çox peşəkar avtomobil ustası idi”. O, oğlunun nişan mərasiminə hazırlaşdıqlarını, lakin toy üçün alınan xonça və şamların məzar üstünə aparıldığını göz yaşları ilə danışıb: “Ən böyük arzumuz onu evləndirmək idi. Onun da arzusu ailə qurmaq, övlad sahibi olmaq idi”.
#Arzunun vaxtı (Baku TV-nin verilişi) teqi istifadə olunub
- "Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"
- Ailəsi dağıldı, doğmaları xəyanət etdi | Ramiz Novruzun stilist qızı başına gələnləri danışdı
- Qarabağlı qayınana, ukraynalı gəlin | “Elə toy etdik ki, dedilər, qızını Dubay şeyxinə vermisən?!”
- “İnternetdə tanış olduq, ailəm dağıldı” | “2 dəfə evləndim, qızımla danışanda pis oluram ki...”
- "Ayağımı yumağa 5 manat alır" | Əlilliyi olan Rəşaid ailəsi ola-ola niyə tək və köməksiz yaşayır?
