Pleyeri seçin:

“Nuru Paşanın bağ evində...” | Xoyskinin nəvəsindən cümhuriyyətlə bağlı özəl açıqlamalar

28 may 2025 1043 baxış

1918-ci il mayın 28-də elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də XI Qızıl Ordu tərəfindən süquta uğradıldıqdan sonra Sovet hakimiyyəti ‒ bolşeviklər milli hökumətin qurucularına, ziyalılara, hərbi və siyasi liderlərə qarşı sistemli repressiyalar həyata keçirdilər.

Azərbaycan sərhədlərini tərk edə bilənlər belə sonradan bu təqiblərdən canlarını qurtara bilmədilər.

Araşdırmalara görə, 1921-ci ildə İstanbulun yaxınlığında 7 böyük qaçqın düşərgəsi yerləşirdi. Həmin ilin ilk iki ayı ərzində bolşevik zülmündən qaçaraq İstanbula gələnlərin sayı 75 min nəfərə çatırdı.

Cümhuriyyətçilərin də bir qismi təqiblərdən canlarını qurtarmaq üçün Türkiyəyə mühacirət etdilər. Onlardan biri də Fətəli xan Xoyskinin qardaşı Hüseynqulu xan Xoyski və onun ailəsi idi.

Bu gün 88 yaşı olan Hüseynqulu xan Xoyskinin nəvəsi Kərim Məmmədzadə İstanbulda keçirdikləri Cümhuriyyət bayramlarını belə xatırlayır:

“Uşaq yaşlarımda Cümhuriyyət bayramını Nuru Paşanın bağ evində qeyd edirdik. Həmin gün əyləncələr olardı, yeməklər bişirilər, Gəncə paxlavası hazırlanardı. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları ilə birlikdə 1945-1950-ci illərə qədər hər zaman Müstəqillik Gününü qeyd edirdik”.

Banner
Britaniyada ən çox satılan yeni model | Ənənəvi avtomobil nəhənglərinə güclü rəqib gəldi - Baku TV

Britaniyada ən çox satılan yeni model | Ənənəvi avtomobil nəhənglərinə güclü rəqib gəldi - Baku TV

Cəmiyyət
02 noyabr 2026 1043 baxış
"Qadın avtomobil alanda mütləq düşünürlər ki..." | "Bugünkü nəsil bizdən dünyaya daha açıqdır"

"Qadın avtomobil alanda mütləq düşünürlər ki..." | "Bugünkü nəsil bizdən dünyaya daha açıqdır"

Cəmiyyət
02 noyabr 2026 1043 baxış
"Bu sənətə o qədər bağlanmışam ki..." | Tullantı dəmirlərə yeni həyat verən Siyəzən sakini - Baku TV

"Bu sənətə o qədər bağlanmışam ki..." | Tullantı dəmirlərə yeni həyat verən Siyəzən sakini - Baku TV

Cəmiyyət
02 noyabr 2026 1043 baxış
Dağlıq ərazilərdə yağış, Bakıda isə... | Sabah hava necə olacaq? - Baku TV CANLI

Dağlıq ərazilərdə yağış, Bakıda isə... | Sabah hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
02 noyabr 2026 1043 baxış
Yol nişanları milliləşdirilməlidir?

Yol nişanları milliləşdirilməlidir?

Cəmiyyət
02 noyabr 2026 1043 baxış
Minlərlə ölümün gerçək səbəbi | Ailənizdə ürək xəstəliyi varsa... - Baku TV

Minlərlə ölümün gerçək səbəbi | Ailənizdə ürək xəstəliyi varsa... - Baku TV

Cəmiyyət
02 noyabr 2026 1043 baxış
“İdeya rəngarəngliyini boğmaq olmaz” | Müzakirə yaradan təklifə deputatdan izah - Baku TV

“İdeya rəngarəngliyini boğmaq olmaz” | Müzakirə yaradan təklifə deputatdan izah - Baku TV

Cəmiyyət
02 noyabr 2026 1043 baxış
"Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV

"Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV

Cəmiyyət
02 noyabr 2026 1043 baxış
"45 gündür, 2 saata pulu verir" | 92 min manatlıq dələduzluq iddiası - "Başımı yediniz ki..."

"45 gündür, 2 saata pulu verir" | 92 min manatlıq dələduzluq iddiası - "Başımı yediniz ki..."

Cəmiyyət
02 noyabr 2026 1043 baxış
Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI

Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI

Cəmiyyət
02 noyabr 2026 1043 baxış
Seçilmişlər
icon