“O dəfə zorla qaçırtdım” | Bu körpü hər an uça bilər! - “30-40 tonluq maşınlar keçir” - Baku TV
Bəhrəmtəpə-Ağsu magistral yolunun Girdimançay çayı üzərindən keçən hissəsində yerləşən körpünün vəziyyəti sürücülərin narazılığına səbəb olub.
Sürücülərin sözlərinə görə, körpünün yol örtüyündə yaranan çuxurlar, xüsusilə gecə saatlarında hərəkəti çətinləşdirir və qəza riskini artırır.
“Bu yol 10 tona qədər yükdaşıyan iri maşınlar üçün nəzərdə tutulub. Amma 30-40 tonluq yük maşınlarının da burada hərəkət etdiyini görürəm. Körpü yararsız vəziyyətdədir. Gecə saatlarında görmə məhdudlaşır. Mən yolu bildiyim üçün həmin çuxurlara diqqət edirəm. Amma yolu tanımayan sürücülər üçün burada hər an qəza baş verə bilər”, – deyə sürücülərdən biri bildirib.
Kənd sakini isə körpüdə tez-tez qəzaların baş verdiyini deyib: “Hər gün bu yoldan keçirəm və demək olar ki, hər gün qəza ilə rastlaşıram. Tədbir görülməsə, ağır faciə olacaq”.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən körpüyə mütəxəssislər tərəfindən baxış keçirilib, müvafiq monitorinq və qiymətləndirmə işləri aparılıb.
Qeyd olunub ki, aparılan araşdırmaların nəticələrinə əsasən, körpüdə əsaslı bərpa işlərinin həyata keçirilməsinə ehtiyac olduğu müəyyənləşdirilib. Bununla bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Hazırda təkliflərə baxılması və onların təsdiqlənməsi gözlənilir. Təkliflər təsdiqləndikdən sonra körpüdə zəruri əsaslı təmir-bərpa işlərinin icrasına başlanılacaq.
#Yol problemi teqi istifadə olunub
- "Torpağın üstünə daş tökərlər ki, çıxa bilək" | Salyan sakinlərini bezdirən problem - Baku TV
- 6 mindən çox insanın yaşadığı Hövsan qəsəbəsində yol problemi
- “İnsanın ayağının altı deşilə-deşilə gedir” | Sakinləri məngənəyə salan problem - Baku TV
- Binəqədi sakinlərinin çətinliyi nə vaxt həll ediləcək?
- "Yağış yağanda daha betər olur" | Binəqədi sakinlərinin həll edilməyən problemləri - Baku TV
