“Oğlum və yoldaşım qəzaya düşən təyyarədə idi” | Hadisə vaxtı nələr oldu?
Yeniliklərdən dərhal xəbərdar olun
Təyyarə qəzasından sağ çıxanlar arasında Balakənin Qullar kəndindən olan Devrişovlar da var.
Kənd sakini Tofiq Devrişov reanimasiyadadır. Onun oğlu Samir Devrişovun vəziyyəti isə yaxşıdır.
Tofiq Devrişovun həyat yoldaşının sözlərinə görə, əri və oğlu Qroznıda yaşayan oğlunun yanına Yeni il bayramını keçirmək üçün gedirmişlər.
“Qardaşım Samir Qroznıya gedəndə yazmışdı ki, yerə enirik. Sonra Qroznıda yaşayan qardaşım ağlaya-ağlaya səs atdı ki, qəza baş verib. Üstündən iki saat keçəndən sonra Samirlə əlaqə saxlaya bildilər. O, yaxşı olduğunu dedi”, – Tofiq Devrişovun qızı Günay Hüseynova söyləyib.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayıb. Qəza nəticəsində ölənlər və yaralananlar var.
#Balakən teqi istifadə olunub
- Toya hazırlaşarkən məhv olan ailə | "1 ailədən 3 nəfəri itirdik..." - Baku TV
- "Baxımsızlıqdan 250 min ailə qalıb" | Arıçıların başına oyun açan hadisə - Baku TV
- Balakəndə sel İtitala kənd sakinlərini ciddi çətinliklərlə üz-üzə qoydu - Baku TV
- Balakəndə ehtiyatsızlıq 43 yaşlı kişini həyatından etdi - Baku TV
- Sel suları Balakəndə həyatı iflic etdi | “Toyuq-cücə gedib, vəziyyət pisdir” - Baku TV
