Pleyeri seçin:

"Baxımsızlıqdan 250 min ailə qalıb" | Arıçıların başına oyun açan hadisə - Baku TV

05 avqust 2026 311 baxış

İyul ayının əvvəlində yağan leysan yağışlarının səbəb olduğu sel və daşqınlar Katexçay çayının sağ sahilində arıçıların istifadə etdiyi yolu yararsız hala salıb.

Nəticədə, 100-dən çox arıçı çətin vəziyyətə düşüb.

Arıçıların sözlərinə görə, Katex kəndindən təxminən 4-5 kilometr məsafədə yerləşən arı yeşiklərinə giriş mümkün deyil. Hazırda 4 mindən çox arı ailəsi nəzarətsiz qalıb və məhv olmaq təhlükəsi ilə üz-üzədir. Onlar alternativ yolun çəkilməsi və ya köhnə yolun bərpası üçün aidiyyəti qurumlardan kömək istəyirlər.

Arıçılardan birinin sözlərinə görə, sel yolu tamamilə dağıdıb və təsərrüfatlara çatmaq mümkünsüz olub:

"Sel nəticəsində yolumuz tamamilə yararsız vəziyyətə düşüb. İstəyirik ki, köhnə yol bərpa olunsun. Yolun keçəcəyi ərazidə iri ağaclar yoxdur, yalnız məhdud sayda xırda ağaclar var. Arılar artıq bir aydır baxımsız qalıb. Keçən il Respublika Arıçılar Assosiasiyasının qeydiyyatında 500 min arı ailəsi var idi. Baxımsızlıq səbəbindən bu rəqəm 250 minə qədər azalıb. Bəzi təsərrüfatlara 15-20 min manatadək ziyan dəyib".

Digər arıçı isə bildirib ki, belə ağır vəziyyətlə ilk dəfədir üzləşir:

"1991-ci ildən arıçılıqla məşğulam. Bu il yaşanan vəziyyət indiyədək qarşılaşdığımız ən ciddi problemlərdən biridir. Mənim 150 arı ailəm var. Ətrafdakı bütün arıçıların vəziyyəti də mənimki kimidir. Hazırda heç kim arı yeşiklərinin yerləşdiyi əraziyə gedə bilmir. Təkcə mənim təsərrüfatıma dəyən zərər 4-5 min manat civarındadır".

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 311 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 311 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 311 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 311 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 311 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 311 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 311 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 311 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 311 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 311 baxış
Seçilmişlər
icon