Oktyabrın 21-i Mincivan qəsəbəsinin işğaldan azad olunmasının ildönümüdür
Bu gün – oktyabrın 21-i Zəngilan rayonunun Mincivan qəsəbəsinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür.
Azərbaycanın qədim yaşayış məntəqələrindən biri olan qəsəbənin erməni işğalçılarından təmizlənməsindən dörd il ötür.
Mincivan qəsəbəsi Araz çayının sahilində, düzənlikdə yerləşir. Qəsəbə 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğala qədər qəsəbə ərazisində yaşayış binaları, məktəblər, kitabxanalar, uşaq bağçaları, dəmir yolu stansiyası olub. Birinci Qarabağ müharibəsindən sonra ermənilər bütün yaşayış binalarını, məktəbləri, kitabxanaları, uşaq bağçalarını məhv edib, dəmir yolunu sökərək aparıblar. Düşmən buradakı relslərin bir hissəsini satıb, bir hissəsindən isə tank əleyhinə istehkamlar qurmuşdu.
#Zəngilan teqi istifadə olunub
- 62 nəfərlik qrupun aqibəti - QARABAĞ XRONİKASI
- Böyük Qayıdışın başladığı rayon | Zəngilan necə azad olundu? - Baku TV
- Zəngilanın daha bir kəndində müasir infrastruktur yaradılıb | 242 yaşayış evi tikilib - Baku TV
- 7-ci dəfə keçirilən yay düşərgəsi bu dəfə Zəngilanda baş tutub - Baku TV
- Zəngilanda meyvə bağlarında nektarin yığımı davam edir - Baku TV
