Ölən azərbaycanlıların kimliyi açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində zəlzələdən zərərçəkən həmvətənlərimizin müəyyən edilməsi və onlara köməklik göstərilməsi istiqamətində işlər davam edir.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu günə qədər 438 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən təxliyə olunub. Onlardan 58-i azyaşlı, 209 nəfər isə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrdir. Təxliyə prosesi davam edir.
Türkiyədəki Azərbaycan səfirliyinin həyata keçirdiyi araşdırma nəticəsində haqlarında məlumat alına bilinməyən 4 Azərbaycan vətəndaşının - Fuad Səfərov, Həsənqulu Əsgərov, Nicat Qarayev və Namaz Vəliyevin Malatya Geri göndərmə mərkəzində olduqları müəyyən edilib. Səfirlik əməkdaşları onlarla görüşüb. Səhhətlərinin normal olduğu bildirilib.
#Türkiyə teqi istifadə olunub
- Türkiyə-Azərbaycan birliyinə qarşı olanlara ismarış - Baku TV
- Ərdoğandan qardaşlıq mesajı | Liderlər tarixi günün 6-cı ildönümündə Şuşada bir arada - Baku TV
- Ərdoğan Azərbaycan-Türkiyə əlaqələrini pozmaq istəyənlərə səsləndi - Baku TV
- “Bakının sevinci Ankaranın sevinci, Şuşanın qüruru bütün millətimizin qürurudur” | Ərdoğan Şuşada
- "Qardaşlığımızı sarsıtmaq istəyənlər arzularına heç vaxt çatmayacaqlar" | Prezident - Baku TV
