Pleyeri seçin:

Ölüm hökmü bərpa edilə bilər? - Deputatdan sərt tənqid

25 iyun 2024 502 baxış

Deputat Ceyhun Məmmədov Milli Məclisdəki çıxışında xatırladıb ki, dünən Xəzər rayonunda 3 polis əməkdaşı axtarışda olan cinayətkar tərəfindən qətlə yetirilib.

Həyatını itirən polislərimizin ailəsinə dərin hüznlə başsağlığı verən millət vəkili bu hadisə ətrafında fikirlərini açıqlayıb:

“Hər kəsə məlum olduğu kimi, bu gün Azərbaycanda asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə hüquq-mühafizə orqanları müstəsna əhəmiyyətə malikdir. Bu gün Azərbaycan təhlükəsizlik baxımından dünyanın ən əmin-aman ölkələrindən birinə çevrilib. Heç şübhəsiz ki, polisə atılmış güllə dövlətçiliyimizə qarşı addımdır və bu cinayətdə əli olan hər kəs ciddi şəkildə cəzalandırılmalıdır”.

Deputat qeyd edib ki, həm Birinci, həm də İkinci Qarabağ müharibəsində Azərbaycan polisi torpaqlarımızın müdafiəsində fəal iştirak edib:

“Azərbaycan müstəqilliyini əldə edən ilk gündən torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçiblər. Çoxlu sayda şəhid veriblər. Bu gün də Azərbaycan polisi işğaldan azad olunmuş ərazilərdə asayişin təmin olunması üçün səylə çalışır. Bütün bunlarla yanaşı, hesab edirəm ki, dünən baş verən hadisə cinayətkarlıqla mübarizədə daha sərt addımların atılmasını zəruri edir. Eyni zamanda düşünürəm ki, əhalidə olan qanunsuz silahlarla da bağlı sərt addımların atılmasına və tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac var”.

Ceyhun Məmmədov sonda bir məqama da diqqət çəkib: “İllər öncə Azərbaycanda ölüm hökmü ləğv olundu. Hərçənd proseslər göstərir ki, bəzi cinayətlərin qarşısının alınması üçün bəzi hallarda ölüm cəzası daha effektivdir. Diqqət çəkmək istədiyim əsas məqam ondan ibarətdir ki, dəfələrlə cinayət törətmiş insanların həbsdən azad olunmasına daha həssas yanaşmalıyıq. Təcrübə göstərir ki, bu insanlar həbsdən azad olunduqdan sonra eyni cinayətləri törətməyə davam edirlər. Belə olduğu halda onların cəza törətmək ehtimalı daha çoxdur”.

Banner
"İyulda qayıda bilərdi, amma...” | Televiziyanın sakit əməkdaşı cəbhədə necə qəhrəmana çevrildi?

"İyulda qayıda bilərdi, amma...” | Televiziyanın sakit əməkdaşı cəbhədə necə qəhrəmana çevrildi?

Cəmiyyət
28 oktyabr 2026 502 baxış
Milli Qəhrəman Natiq Qasımova həsr olunan və süni intellektlə hazırlanan filmin təqdimatı - Baku TV

Milli Qəhrəman Natiq Qasımova həsr olunan və süni intellektlə hazırlanan filmin təqdimatı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 502 baxış
"50 manat verib özüm təmizlətmişəm" | Sumqayıtda antisanitar vəziyyət - "İydən keçə bilmirik"

"50 manat verib özüm təmizlətmişəm" | Sumqayıtda antisanitar vəziyyət - "İydən keçə bilmirik"

Cəmiyyət
28 oktyabr 2026 502 baxış
“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komendantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komendantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 502 baxış
Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 502 baxış
“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 502 baxış
“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 502 baxış
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 502 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 502 baxış
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 502 baxış
Seçilmişlər
icon