Ordumuz "Ağ atlı oğlan"a necə dəstək oldu? - ARAŞDIRMA
Yeniliklərdən dərhal xəbərdar olun
Birinci Qarabağ müharibəsi mövzusunda çəkilmiş və ümidlə dolu olan filmlərimizdən biri də 1995-ci ildə ekran üzü görmüş “Ağ atlı oğlan” filmidir. “Ağ atlı oğlan”ın rejissoru olan Ənvər Əbluc ssenarini İsi Məlikzadə ilə birlikdə yazıb.
“İsi Məlikzadə həm gözəl insan, həm də gözəl yazıçı idi. Ssenarini özüm yazacaqdım, amma dedilər ki, olmaz, tək yazmayım. Mən də İsa Məlikzadəyə zəng etdim. Dedim ki, İsa, mənlə bu ssenarini yazmağa vaxtın var? “Əlbəttə”, – dedi. Beləliklə, yaxşı ssenari ortaya çıxdı”, – Ənvər Əbluc deyib.
Film Qarabağın azadlığı uğrunda erməni qoşunlarına qarşı aparılan müharibədə məktəbli oğlanın qəhrəmanlığından bəhs edir. Filmin qəhrəmanı nağıllar aləmində yaşayan, tez-tez nənəsinin danışdığı nağılları yada salan 12 yaşlı Muraddır. Cəbhə bölgəsinə yaxın kənddə yaşayan Murad qardaşı Rəşadla birlikdə nənəsinin himayəsində böyüyüb, atasının isə Bakıda öz ailəsi var. Şəhid dəfni Murada çox pis təsir edir. Anasını itirmiş Murad Vətənini qorumaq üçün gizlicə cəbhə bölgəsinə gedir.
Bu nağılın qəhrəmanı hər dəfə ağ paltarda, ağ atda gözlənilmədən meydanda görünəndə xalq ədalətin, xeyrin şər üzərində qələbəsinin şahidi olur və günlərin birində Qarabağ uğrunda döyüşlərdə Murad da öz ağ tankında meydanda görünür.
Ətraflı Baku TV-nin əməkdaşı Emil Hacıyevin süjetində.
#Araşdırma teqi istifadə olunub
- Maykl Ceksona milyonlar qazandıran layihə sonunu gətirdi | Səhnəyə böyük qayıdış faciə ilə bitdi
- “Qorxaq”, “Səfeh” və “Təcrübəli” gerçəkdə düşmən idi? - Milyonları güldürən aktyorun əsl həyatı
- Anasının möcüzəsi sayılan "Yeşilçam" əfsanəsi nəyə heç vaxt "yox" deyə bilmədi? - ARAŞDIRMA
- Hamı mimikalarına gülür, həyatı isə kədərlidir | Ayaqqabı təmizləyən Lui de Fünes necə ulduz oldu?
- Atası istəmədi, həbs edildi | “Uzun çöp” adlandırılan qız necə dünya ulduzu oldu? - ARAŞDIRMA
