Pleyeri seçin:
Özünü və ailəsini təhlükəyə atanlar | Sakinlər xəbərdarlıqlara niyə məhəl qoymur? - Baku TV
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Küləkli hava şəraiti ilə əlaqədar Xəzər dənizində dalğaların hündürlüyünün artacağı gözlənilir.
Fövqəladə Hallar Nazirliyi və Milli Hidrometeorologiya Xidməti əhaliyə küləkli havada dənizə girməmək və çimərliklərdə ehtiyatlı olmaq barədə xəbərdarlıq edib.
Buna baxmayaraq, Bilgəh qəsəbəsində nəzarət olunmayan sahildə böyüklərin və azyaşlı uşaqların dənizdə çimdiyi müşahidə olunur.
Baku TV-nin ərazidə olan əməkdaşının sözlərinə görə, həmin sahə rəsmi çimərlik deyil. Burada xəbərdaredici lövhələr, xilasedicilər və aidiyyəti qurumların əməkdaşları yoxdur. Vətəndaşlar isə bütün təhlükələrə baxmayaraq, azyaşlı uşaqlarla birlikdə dənizə girirlər.
Kopyalandı
#Xəzər dənizi teqi istifadə olunub
- Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM
- SEPAH ABŞ-nin Xəzərdəki blokada planına cavab verib
- Xəzər dənizindən içməli su əldə ediləcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV
