Piyadaların kabusuna çevrilən yol | Keşlə məscidinin qarşısındakı ərazidə problem - NECƏ OLMALIDIR?
Yeniliklərdən dərhal xəbərdar olun
“Necə olmalıdır?” rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə Keşlə məscidinin qarşısındakı ərazidə mövcud olan problemə diqqət yetirilib.
Bildirilib ki, sözügedən ərazi Heydər Əliyev və Babək prospektlərini birləşdirən əsas yollardan biridir: “Mirzə Ələkbər Sabir küçəsində iki əks istiqamətdə hərəkət etmək çox çətindir. Xüsusilə də iriqabaritli avtobus və yük avtomobilləri bu yola daxil olduqda. Bu ərazidən keçid zamanı avtomobillər tez-tez bir-birinə toxunur ki, bu da maddi zərərlə nəticələnir. Ümumilikdə ərazidəki sıxlıq günün istənilən saatında davam edir”.
Piyadaların vəziyyəti isə daha acınacaqlıdır, ərazidə səki demək olar ki, yoxdur: “Yəni bura piyadaların təhlükəsizliyi nəzərə alınmadan salınmış küçələrdəndir. Hərəkətin intensivliyini nəzərə alaraq ya bu yol birtərəfli olmalı, ya da genişləndirilməlidir”.
#Necə olmalıdır (Baku TV-nin rubrikası) teqi istifadə olunub
- Düzəlişlər edildi, problemlər bitmədi | Sürücülər indi niyə qaydanı pozmalı olur? - NECƏ OLMALIDIR?
- İnşaatçılar prospektindəki bu yol niyə "təhlükənin ünvanı"na çevrilib? - NECƏ OLMALIDIR?
- Yaşıl işıq yanır, hərəkət isə ləngiyir | Küçədə bu qədər yaxın keçidlərə ehtiyac var?
- Avtobuslar bu zolaqdan niyə keçmir? | Yeni xətlənmə rahatlıq yox, risk yaradır? - NECƏ OLMALIDIR?
- Riskli ərazi: avtobus zolağının bu hissəsi sürətlənmə zolağına çevrilməlidir? - NECƏ OLMALIDIR?
