Pleyeri seçin:

Prodüser İdris Cəfərov Hüseyn Dəryadan, yaşadığı paranormal hadisədən danışdı - QAPQARA

23 sentyabr 2024 336 baxış

“Qapqara” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayının qonağı prodüser İdris Cəfərovdur.

Prodüser yaşadığı paranormal hadisələrdən bəhs edib:

“Mənim 2007-2013-cü illərdə fəaliyyət göstərən bir restoranım var idi. Belə bir hadisə baş verirdi, bir az pul yığılan kimi nəsə olurdu, mütləq o pul harasa xərclənirdi. Həmin dövrdə bir xanımla münasibətimiz var idi. Dedi ki, bir falçı var, yaşlı xanımdır. Qoy gəlsin, baxsın, görək, bunun səbəbi nədir. Baxıcı qadın dedi ki, burada çox ağır enerji var, çoxlu çirkli pullar və ruhu rahatlıq tapmayan insan ruhu görürəm. Sonra mənə yaxın zamanlarda başqa bir ölkəyə köçəcəyəmi dedi.

Xanım mənə utopik proqnozlar verdi və bunlar məndə sadəcə gülüş doğurdu. Sonra qonşulardan bu restoranda əvvəllər nə baş verdiyini soruşmağa başladım. Dedilər ki, bura bir rəssamın evi olub. Bu rəssam alkoqollu içkiyə meyilli idi, onu vadar ediblər ki, evini satsın. Rəssam da özünü orada öldürüb. Gecələr biz həmin yerdə olanda işıq yanıb-sönürdü, qapı bağlanırdı, kimsə guya o biri otaqda gəzirdi. Belə hallarla rastlaşırdıq”.

Prodüser falçının dediklərinin sonradan gerçəkləşdiyini qeyd edib:

“Falçının dediyi qara pullar o idi ki, mən həmin yeri götürməmişdən öncə orada mərc oyunları keçirilirdi. Sonra mən Azərbaycandan Avropaya getdim, 10 ilə yaxın Ukraynada yaşadım və həyatım uğurlu oldu”.

İ.Cəfərov vaxtilə prodüseri olduğu Hüseyn Dəryadan da söz açıb. O, mərhum reperin üstün və zəif cəhəti haqda danışıb:

“Hüseyn Dəryanın ən üstün cəhəti xarizmasının olması idi. O olan ortamda on nəfər otursun, söhbət etsin, artıq yeni insan otağa daxil olanda istər-istəməz H.Dərya onun diqqətini çəkirdi və o bunu süni şəkildə etmirdi. Hüseyn Dərya ulduz doğulmuşdu. Özü barədə çox yüksək fikirlərə malik idi.

Çatışmayan cəhəti isə yəqin ki, iradəsinin zəif olması idi. Özünü pik nöqtəyə qoyurdu, həmin zirvədən aşağı düşüb adi insanları təəccübləndirməyi çox xoşlayırdı. Mən ona izah edirdim ki, belə olmaz, əlçatmazlıq qorunub saxlanmalıdır, sən adiləşirsən. Pik çox təhlükəli bir nöqtədir, çünki oradan artıq inkişaf yoxdur və insan istənilən halda həmin nöqtədə üzüaşağı baxmağa başlayır”. 

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 336 baxış
İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

Cəmiyyət
20 sentyabr 2026 336 baxış
Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 336 baxış
İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

Cəmiyyət
20 sentyabr 2026 336 baxış
Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Cəmiyyət
20 sentyabr 2026 336 baxış
Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 336 baxış
DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 336 baxış
Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 336 baxış
Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 336 baxış
Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Cəmiyyət
19 sentyabr 2026 336 baxış
Seçilmişlər
icon