Pleyeri seçin:

Prodüser Təranə Səmədova neçə il həbs edildi? | Məhkəmənin qərarı

25 yanvar 2024 847 baxış

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən prodüser Təranə Səmədova və onun tanışı Rasim Həsənovun cinayət işi üzrə keçirilən məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, Təranə Səmədova 6 il, Rasim Həsənov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaq zamanı müəyyən olunub ki, Təranə Səmədova qeyri-rəsmi ər-arvad münasibətində olduğu Rasim Həsənovla birgə adı açıqlanmayan vətəndaşın fotoşəkillərini əldə edərək onları zərəçəkənin ailə üzvlərinə göstərmək, yaşadığı məhəllədə yaymaq, o cümlədən “Instagram” və digər sosial şəbəkələrdə yerləşdirməklə hədələyib. Bu təhdidlərlə Təranə Səmədova və Rasim Həsənov ondan 3 min manat tələb edib. Onlar 2023 cü ilin noyabrında zərərçəkmiş şəxsdən ümumilikdə 1 100 ABŞ dolları məbləğində pulu hədə-qorxu ilə tələb edərək ələ keçiriblər.

Bundan başqa, Təranə Səmədova ilə Rasim Həsənov təkrarən zərəçəkmiş şəxsi rüsvayedici fotoşəkillərlə şantaj edərək ondan 1 000 manat pul tələb ediblər. Lakin zərərçəkən onlara 130 manat verib.

Təranə Səmədova və Rasim Həsənov barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 847 baxış
İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

Cəmiyyət
20 sentyabr 2026 847 baxış
Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 847 baxış
İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

Cəmiyyət
20 sentyabr 2026 847 baxış
Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Cəmiyyət
20 sentyabr 2026 847 baxış
Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 847 baxış
DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 847 baxış
Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 847 baxış
Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 847 baxış
Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Cəmiyyət
19 sentyabr 2026 847 baxış
Seçilmişlər
icon