Qarabağ Universitetinin 1 illiyi münasibətilə konsert və sərgi proqramı təşkil edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılmasının 1 illiyi münasibətilə İncəsənət fakültəsi tərəfindən konsert və sərgi proqramı təşkil edilib.
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Xankəndi və Şuşa şəhər ictimaiyyətinin rəsmiləri iştirak ediblər.
Tədbirdə iştirak edənlər Qarabağ Universitetinin yalnız regionda deyil, ümumilikdə ölkənin təhsil sistemində önəmli rol oynadığını bildiriblər.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında Qarabağ Universitetinin qısa müddətdə böyük inkişaf yolu keçdiyini bildirib və görüləcək işlərdən danışıb.
Konsert universitetdə çalışan incəsənət xadimlərinin çıxışları ilə davam edib. Tədbir proqramına uyğun olaraq, İncəsənət fakültəsinin yaradıcı heyətinin müəllifi olduğu əsərlər nümayiş etdirilib.
#Xankəndi teqi istifadə olunub
- Xankədidə hüquq mövzusundamühüm görüş | Fikir mübadiləsi aparıldı - Baku TV
- Müxtəlif ölkələrdən gələn idmançılar Xankəndidə finişə çatıblar - Baku TV
- Baia Mare şəhəri ilə Xankəndi arasında əlaqələr yeni mərhələyə qədəm qoyur - Baku TV CANLI
- Baia Mare və Xankəndi şəhərləri qardaşlaşma haqqında niyyət protokolu imzalayıb - Baku TV
- 58 ölkə və 9 beynəlxalq təşkilatın nümayəndələri azad edilmiş ərazilərdə
