Qarabağda müsadirə edilmiş silahların siyahısı açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra qanunsuz silahlı birləşmələrdən müsadirə edilmiş döyüş texnikası, silah və sursat barədə məlumat paylaşıb.
Oktyabrın 2-si saat 18:00-a olan məlumata əsasən, müsadirə edilmiş silah-sursat bunlardır: 2608 ədəd atıcı silah, 235 ədəd qumbaraatan, 60 top və haubitsa, 64 minaatan, 58 tank əleyhinə silah, 165 HHM silahı, 31 zirehli texnika, 265 avtomobil texnikası, 23 qoşqu, 9 yardımçı texnika, 1700 raket, 5177 top və haubitsa mərmisi, 31771 zenit top mərmisi, 12806 minaatan mərmisi, 5880 qumbara, 3068 əl qumbarası, 2009970 patron, 5778 digər sursat, 314 optik cihaz, 38 ədəd digər cihaz, 1027 fərdi təchizat vasitəsi, 15 müxtəlif silahların qurğusu və 3323 ədəd digər təchizat vasitəsi.
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
