Qaraçı qız çəkiliş qrupunu qovdu | "Namus, qeyrət - hamısı qaraçıda var" | KƏNDİNƏ QAYIT
Yeniliklərdən dərhal xəbərdar olun
“Kəndinə qayıt” verilişinin yeni buraxılışında qaraçıların məskunlaşdığı Yevlax rayonuna səfər edilib.
Yevlaxın 128 mindən çox əhalisinin təxminən 2500 nəfərini qaraçılar təşkil edir. Azərbaycanda isə bu köçəri tayfanın ümumi sayı 10 min nəfərə yaxındır.
Verilişin aparıcısı Kəmalə Bədəlova səfər zamanı Yevlax bazarında olub. Deyilənə görə, qaraçıların əksəriyyəti vaxtlarının çoxunu burada keçirirlər.
“Qaraçılara alış-veriş etməyə bazara gəlməyə icazə verilir, ancaq dilənənlərlə bağlı tədbirlər görülür. Onlar burada işləmək istəsələr, şərait yaradılar. Amma indiyə qədər bir nəfər də gəlib iş istəməyib”, – deyə Yevlax Mərkəzi Bazarının baş nəzarətçisi Pərviz Əliyev bildirib.
Xalq arasında belə bir iddia dolaşır ki, guya qaraçılar qucaqlarında yatan uşaqlara sakitləşdirici dərman verirlər.
Lakin Yevlaxda yol kənarında nəzir toplayan qaraçılardan biri bu məlumatı təkzib edib:
“Dərman verilməsi ilə bağlı yayılan söz-söhbətlər yalandır. Uşaqlar özləri yatır, özləri sakitdir”.
Verilişin aparıcısı həmçinin Yevlax sakini Diliş Bəkirovanın evində qonaq olub.
“Qaraçılar ən qonaqpərvər millətlərdəndir. Biz əslən kürdük. Bizə qaraçı deyilməsinə görə heç kim incimir. Qaraçıya nə olub ki?! Namus da, qeyrət də – hamısı qaraçıda var”, – Diliş Bəkirova bildirib.
#Yevlax teqi istifadə olunub
- Yevlaxda 3-cü qrup əlil olan ailə başçısı kömək istəyir - Baku TV
- "Təzə almışdım, hər şey yanıb" - Yevlaxda dəhşətli yanğın | "Çağırdım ki, ay qonşular..." - Baku TV
- Yevlaxdakı yanğında alovlar arasında qalan sakinlərin taleyi necə oldu? - Baku TV CANLI
- Yevlaxın Aran qəsəbəsində 53 yaşlı sakinin meyiti su arxında tapıldı - Baku TV CANLI
- “Çox qeyrətli qadın idi” | 91 yaşlı Qərənfil nənə faciəvi şəkildə həyatını itirdi - Baku TV
