Qarlı hava nə vaxta kimi davam edəcək? | Hava haqqında məlumat
Fevralın 28-i gündüzdən martın 2-dək Bakıda və Abşeron yarımadasında arabir sulu qar, qar yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Havanın minimal temperaturu gecə 1-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacaq.
Fevralın 28-də bəzi şərq rayonlarında, martın 1-dən 2-dək isə əksər rayonlarda arabir sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Havanın minimal temperaturu Aran rayonlarında 1-6, dağlıq rayonlarda 8-13, yüksək dağlıq ərazilərdə isə 17-22 dərəcə şaxta olacaq.
Ölkə ərazisində gözlənilən şaxtalı və qarlı hava şəraiti ilə əlaqədar bəzi yollar buz bağlayacaq.
#Milli Hidrometeorologiya Xidməti teqi istifadə olunub
- Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi - Baku TV CANLI
- Bakı və rayonlarda hava necə olacaq? - Baku TV CANLI
- Əhalinin nəzərinə | Hava şəraiti sizi yenə çaşbaş qoyacaq? - Baku TV CANLI
- Diqqət: Sabah ölkə ərazisində hava necə dəyişəcək? - Baku TV CANLI
- Əhalinin nəzərinə | Hava şəraiti işinizi çətinləşdirəcək? - Baku TV CANLI
