Pleyeri seçin:

Qərbi Azərbaycan İcması bəyanat yaydı

07 aprel 2024 174 baxış

Avropa İttifaqının sözçüsü Peter Stano “Azadlıq” radiosunun erməni xidmətinə aprelin 6-da verdiyi müsahibəsində ifadə etdiyi təxribatçı fikirləri ilə təşkilatının əsl niyyətini açıqlayıb.

Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

Qeyd olunub ki, Avropa İttifaqının rəsmisi Ermənistana dair sualın cavabında ərazi bütövlüyü prinsipinin əhəmiyyətindən geniş danışıb və bununla da guya beynəlxalq hüquqa əhəmiyyət verdiklərini göstərməyə çalışıb. O həmçinin etnik ermənilərin Azərbaycana qayıtmasına şərait yaradılması məsələsini də qaldırıb.

“Sadə sual meydana çıxır: Görəsən, Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayanda Aİ harada idi? 8 Azərbaycan kəndinin Ermənistan tərəfindən işğalının davam etməsinə niyə hələ də susur? Nə üçün Aİ Ermənistandan sonuncu etnik təmizləmə dalğasında qovulmuş 300 min azərbaycanlının qayıtması məsələsini və Ermənistanda Azərbaycan mədəni irsinin kütləvi şəkildə dağıdılması məsələsini qaldırmır?

Belə çıxır ki, Ermənistandan azərbaycanlıların qovulmasının üstündən müəyyən müddət keçdiyi üçün onların qayıdış hüquqları daha aktual deyil. Qərbi azərbaycanlıların 30 ildən artıq Vətən həsrətlərini onlara qarşı istifadə etmək ən böyük haqsızlıqdır.

Bütün bunlar Aİ-nin etnik və dini ayrı-seçkiliyini sübut edir. Aİ nə insan haqları, nə də beynəlxalq hüquqla bağlı səmimi deyil. Aİ-nin siyasəti Azərbaycandakı ermənilərin “hüququ” kimi köhnə alətdən istifadə edərək Ermənistanı Azərbaycana qarşı təhrik etməkdən ibarətdir.

Biz Aİ-nin təxribatçı yanaşmasını qəti şəkildə rədd edir və buna son qoyulmasını tələb edirik”, – deyə icmanın bəyanatında vurğulanıb.

Həmçinin qeyd olunub ki, qayıdış məsələsində ayrı-seçkiyə yol verilməməli, qarşılıqlılıq prinsipinə riayət edilməli və 30 ildən artıq qayıdış intizarında olan Qərbi azərbaycanlıların qayıdışı prioritet məsələ kimi ilk həll edilməlidir.

Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV

Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV

Siyasət
20 dekabr 2025 174 baxış
Azərbaycan silahlarında Quran ayələri nə üçün yer alır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Azərbaycan silahlarında Quran ayələri nə üçün yer alır? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
20 dekabr 2025 174 baxış
Humanitar böhrana göz yumanlar qəzzalıların soyqırımını davam etdirirlər? - ANALİTİK BAXIŞ

Humanitar böhrana göz yumanlar qəzzalıların soyqırımını davam etdirirlər? - ANALİTİK BAXIŞ

Siyasət
20 dekabr 2025 174 baxış
Azərbaycan və Monteneqro arasında dialoq genişlənir | Ceyhun Bayramovdan açıqlama - Baku TV

Azərbaycan və Monteneqro arasında dialoq genişlənir | Ceyhun Bayramovdan açıqlama - Baku TV

Siyasət
20 dekabr 2025 174 baxış
Azərbaycan və Monteneqro arasında turizm imkanları artır

Azərbaycan və Monteneqro arasında turizm imkanları artır

Siyasət
20 dekabr 2025 174 baxış
Donald Trampdan hökumətin fəaliyyəti barədə növbəti xəbərdarlıq - Baku TV CANLI

Donald Trampdan hökumətin fəaliyyəti barədə növbəti xəbərdarlıq - Baku TV CANLI

Siyasət
20 dekabr 2025 174 baxış
Azərbaycan və Monteneqro XİN başçılarının mətbuata birgə bəyanatı - BAKU TV CANLI

Azərbaycan və Monteneqro XİN başçılarının mətbuata birgə bəyanatı - BAKU TV CANLI

Siyasət
20 dekabr 2025 174 baxış
Milli Məclisin komitə sədrindən sərt açıqlama

Milli Məclisin komitə sədrindən sərt açıqlama

Siyasət
20 dekabr 2025 174 baxış
Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlərlə hücum - Baku TV CANLI

Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlərlə hücum - Baku TV CANLI

Siyasət
20 dekabr 2025 174 baxış
Avropa İttifaqının ikili standart sindromu - Baku TV

Avropa İttifaqının ikili standart sindromu - Baku TV

Siyasət
20 dekabr 2025 174 baxış
Seçilmişlər
icon