Qış bizə o qədər ziyan vurdu ki... | Astara fermerləri çıxılmaz halda
Yeniliklərdən dərhal xəbərdar olun
Bu il qışın sərt keçməsi Astarada sitrus bağlarının, əsasən də limon ağaclarının şaxtavurması ilə nəticələnib.
Ağaclarda qalan meyvələr çürüyüb, yarpaqlar saralıb, ağac özü isə quruyub. Fermerlərə orta hesabla 4-5 min manata yaxın ziyan dəyib.
“Bu il qış sərt keçdi, bizə çox ziyanı dəydi. Təqribən 7-8 min limonu şaxta vurub, hamısı tökülüb yerə. İlk dəfədir ki, bu hal olur. 71 yaşımdayam, bu yaşa qədər belə şey görməmişəm”, – deyə fermer bildirib.
Qeyd edək ki, Astara rayonunda sitrus meyvə bağlarının əksəriyyəti 2018-ci ildən salınan birdəfəlik bağlardır. Fermerlər bu bağlara görə birdəfəlik subsidiyalarla bəhrələnib və subsidiyaların nəticəsi olaraq sitrus meyvə bağları 2200 hektardan 4563 hektara çatdırılıb.
#Astara teqi istifadə olunub
- “4-cü mərtəbəyə əlimizlə su daşıyırıq” | 300-ə yaxın sakin niyə acınacaqlı vəziyyətdədir? - Baku TV
- "Ona-buna yalvarmalıyıq ki, gətirsin" | Astarada naringi bağları susuzluqdan yanır - Baku TV
- Astarada ağır qəza | Sürücü həyatını itirdi, oğlu və nəvələri isə yaralandı - Baku TV
- Astarada baş verən ağır yol qəzası ölümlə nəticələnib - Baku TV
- Astarada dənizdə axtarılan Masallı sakininin ölkədən çıxdığı bildirilir - Baku TV
