Pleyeri seçin:
Azərbaycanda FETÖ əməliyyatı: Qubad İbadoğlu saxlanıldı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda FETÖ-yə qarşı əməliyyat keçirilməsi barədə rəsmi məlumat açıqlanıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, Türkiyə DİN-dən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirilib.
Saxlanılan beş nəfərdən biri Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Partiya sədrinin ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkar olunub və Q.İbadoğlu saxlanılıb. Hazırda tədbirlər davam etdirilir.
Kopyalandı
