Qubada təmizlənməyən suvarma arxı sakinləri problemlərlə üz-üzə qoydu - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Quba rayonunun İdrisqışlaq kəndində suvarma kanalının vaxtında təmizlənməməsi sakinlərin narahatlığına səbəb olub.
Sakinlərin sözlərinə görə, uzun müddətdir təmizlənməyən kanalın içi ot və lil qatı ilə dolub. Nəticədə, kanal daşır, su evlərə və həyətyanı sahələrə dolaraq çətinlik yaradır.
“Kanal daşanda mənim evimin altı su ilə dolur. Qamış, torpaq, zir-zibil buranı basıb. Bir balaca daxma tikmişəm, o da suyun içindədir”, – deyə sakinlərdən biri bildirib.
“Arx çəkiləndən bu günə kimi təmizlənməyib. Zibil töküblər, qalaq-qalaq hamısı arxın içindədir. Evlərimizi su basır, arxın içində artıq ağaclar bitib”, – başqa bir sakin qeyd edib.
Məsələ ilə bağlı Şabran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, Quba rayonunun İdrisqışlaq kəndi ərazisindən keçən suvarma arxında lil və kol-kosdan təmizlənmə işlərinin iş qrafikinə uyğun olaraq yaxın vaxtlarda aparılması planlaşdırılır:
“Yaz-yay suvarma mövsümünə qədər idarənin balansında olan suvarma arxlarının lil və kol-kosdan təmizlənməsi üzrə işlərin yekunlaşdırılması nəzərdə tutulur”.
#Quba teqi istifadə olunub
- “Əvvəl keçirdi, indi evlərimizə kimi girir!” | Sakinlər niyə acınacaqlı halda qalıb? - Baku TV
- “Məktəbdə deyirlər ki, dərs keçə bilmərik” | 11 yaşlı qız niyə təhsildən kənarda qalıb? - Baku TV
- Qubada dəhşətli hadisə | Həyatını itirən kişinin qardaşı hər şeyi danışdı - Baku TV
- "8 qəpiyə verəcəyik, 2 günə bağı qurtarıram" | Quba bağlarında məhsuldarlıq niyə azalıb? - Baku TV
- Qubada Anım Günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət edilib - Baku TV
