"20 Yanvar" stansiyasında törədilən terror aktından 31 il keçir
Bu gün "20 Yanvar" metrostansiyasında terror aktının törədilməsindən 31 il keçir.
1994-cü il martın 19-u saat 13:00-da "20 Yanvar" metrostansiyasında partlayış baş verib. Qatarın baş vaqonuna qoyulan saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayandıqdan sonra partlayıb. Nəticədə 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Ölənlər arasında terror hücumunun icraçısı Oktay Qurbanov və Xalq artisti, bəstəkar Rafiq Babayev də olub.
Partlayışdan sonra metro stansiyasının tavanının bəzi hissələrində çöküntülər əmələ gəlib. Cinayət törətmək şübhəsi ilə terrorçu fəaliyyətlə məşğul olan separatçı "Sadval" təşkilatının üzvləri həbs olunub.
İstintaq zamanı müəyyənləşdirilib ki, terrorçular təlimata uyğun olaraq, "20 Yanvar" metrostansiyası ilə yanaşı, Bakının "Nizami" kinoteatrında, Heydər Əliyev Sarayında və Bakı Lampa Zavodunda da partlayışlar törətməyi planlaşdırıb. Terror aktına görə 11 nəfər məhkum edilib, onlardan ikisinə ölüm cəzası verilib.
Partlayış nəticəsində həlak olanların adları "20 Yanvar" metrostansiyasının divarına həkk olunaraq əbədiləşdirilib.
#Terror aktı teqi istifadə olunub
- Məsuliyyəti "Təhrik-i-Taliban Pakistan" hərəkatı öz üzərinə götürüb
- Polis bölməsi önündə qorxunc partlayış | Qardaş ölkədə baş verən hadisənin detalları - Baku TV CANLI
- Pakistanda kamikadze hücumu | Terrorçu polis bölməsinin qarşısında... - Baku TV
- Terrorizmlə mübarizədə birgə həmrəylik ifadə olunub
- Terror aktı nəticəsində 15 nəfər həlak olub
