"21-ci əsrdir, evə fənərlə gedirəm" | İnsanların əziyyətlə gedib-gəldiyi yol - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsinin sakinləri yolların bərbad vəziyyətdə olmasından və işıqlandırma problemindən şikayətçidirlər. Söhbət şəhid İsmayıl Kərimlinin adını daşıyan küçənin Şəfaət Mehdiyev küçəsinədək olan hissəsindən gedir.
Məlumata görə, xüsusilə qış aylarında və yağışlı havada yolda hərəkəti çətinləşdirən gölməçələr yaranır, axşam saatlarında isə küçə tamamilə qaranlığa qərq olur.
Küçə sakini Zakir Məmmədov mövcud vəziyyətlə bağlı şikayətini Baku TV ilə bölüşüb.
“Çıxılmaz vəziyyətdəyik. Bakının inkişaf etdiyi dövrdə belə küçə heç bir yerdə yoxdur. Yağış yağanda buradan keçmək qeyri-mümkündür. Biz 21-ci əsrdə yaşayırıq, amma mən evimə fənərlə gedirəm. Onu da qeyd edim ki, Birinci Qarabağ müharibəsi zamanı şəhid olan iki qəhrəmanımızın ailəsi də bu küçədə yaşayır. Heç olmasa, şəhidlərimizin ruhuna ehtiram olaraq bu küçənin düzəldilməsi üçün göstəriş versinlər”, – deyə o bildirib.
#Yasamal teqi istifadə olunub
- Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI
- Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu
- Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV CANLI
- "Evlərdə hamam yox idi" | XIX əsrə aid müalicəvi "Şor hamamı" söküləcək? - "Axı tarixi irsdir..."
- Ərazini su basıb, gediş-gəliş çətinləşib
