Pleyeri seçin:

"AzerGold" Daşkəsəndə tibbi müayinə aksiyası keçirib

21 iyul 2023 526 baxış

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və Bakı Sağlamlıq Mərkəzinin dəstəyi ilə Daşkəsən rayonunda, “Çovdar” qızıl mədəninin yaxınlığında yerləşən Çovdar kəndi, Şadax yaşayış məntəqəsi, Çaykənd, Quşçu, Bayan və digər kəndlərin sakinlərinin növbəti səyyar tibbi müayinəsinə start verilib.

Aksiyanın ilk günündə rayon ərazisində yaşayan şəhid ailələrinin üzvləri, həmçinin müharibə iştirakçıları müayinə prosesinə cəlb edilib.

Ulu öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində “Öncə sağlamlıq!” devizi altında təşkil olunan aksiyada yerli əhali 3 gün müddətinə ödənişsiz olaraq müxtəlif tibbi xidmətlərdən yararlanacaqlar.

22 iyul tarixinədək davam edəcək aksiya çərçivəsində peşəkar həkim briqadası tərəfindən təqribən 500 nəfər sakinin ümumi cərrah, LOR, terapevt, endokrinoloq, kardioloq, nevropatoloq, pediatr, USM, EXO, EKQ, qanın və sidiyin ümumi analizi, ambulator qan təzyiqi monitorizasiyası və şəkərin təyini müayinələrindən keçirilməsi nəzərdə tutulur.

Aksiyanın ilk günündə səyyar müayinə düşərgəsini “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü, sədr müavini Xəyyam Fərzəliyev və digər rəsmi qonaqlar ziyarət edərək müayinə prosesini izləyiblər.

Qeyd edək ki, səyyar tibbi müayinə aksiyası yerli icmaların, xüsusilə ucqar kənd sakinlərinin səhiyyə sahəsində xidmətlərə əlçatanlığının artırılması, profilaktik müayinə mədəniyyətinin təbliği məqsədi daşıyır. 2021-ci ildən etibarən həyata keçirilən müayinə aksiyaları zamanı ümumilikdə 1500 nəfərə yaxın Daşkəsən sakini ödənişsiz olaraq müxtəlif tibbi xidmətlərdən yararlanıb. Müayinələr əsnasında müxtəlif diaqnozlar aşkarlanan vətəndaşlara müvafiq müalicə kursları təyin edilib.

Banner
Paytaxtda hərbi orkestrlərin nümunəvi çıxışları təşkil edilib - Baku TV

Paytaxtda hərbi orkestrlərin nümunəvi çıxışları təşkil edilib - Baku TV

Cəmiyyət
08 noyabr 2026 526 baxış
Qələbə sevinci ölkənin dörd bir yanında qeyd olunur

Qələbə sevinci ölkənin dörd bir yanında qeyd olunur

Cəmiyyət
08 noyabr 2026 526 baxış
İllərin həsrətinə son qoyan möhtəşəm Zəfər Günü | Əməkdaşımız Zəfər parkında - Baku TV

İllərin həsrətinə son qoyan möhtəşəm Zəfər Günü | Əməkdaşımız Zəfər parkında - Baku TV

Cəmiyyət
08 noyabr 2026 526 baxış
“Elə şey yoxdur, başına dönüm...” | Bağçada qalmaqal: uşaqların ərzağı mənimsənilir? - Baku TV

“Elə şey yoxdur, başına dönüm...” | Bağçada qalmaqal: uşaqların ərzağı mənimsənilir? - Baku TV

Cəmiyyət
08 noyabr 2026 526 baxış
“Hər kəs buraya axın edir” | Zəfər parkından canlı bağlantı - Baku TV

“Hər kəs buraya axın edir” | Zəfər parkından canlı bağlantı - Baku TV

Cəmiyyət
08 noyabr 2026 526 baxış
Pəhriz adı ilə qida saxtakarlığı? | Yağı azdır, bəs şəkəri? - Etiketdə gözdən qaçan detallar

Pəhriz adı ilə qida saxtakarlığı? | Yağı azdır, bəs şəkəri? - Etiketdə gözdən qaçan detallar

Cəmiyyət
08 noyabr 2026 526 baxış
Ordumuzun tarix yazdığı gün | Azərbaycanda Zəfər coşqusu - Baku TV CANLI

Ordumuzun tarix yazdığı gün | Azərbaycanda Zəfər coşqusu - Baku TV CANLI

Cəmiyyət
08 noyabr 2026 526 baxış
8 Noyabr Zəfər Günüdür - Baku TV

8 Noyabr Zəfər Günüdür - Baku TV

Cəmiyyət
08 noyabr 2026 526 baxış
“Evin tək oğlu idi..."  | 23 yaşında adını Zəfər tarixinə həkk edən qəhrəman - Baku TV

“Evin tək oğlu idi..." | 23 yaşında adını Zəfər tarixinə həkk edən qəhrəman - Baku TV

Cəmiyyət
08 noyabr 2026 526 baxış
Qələbə sevinci ölkənin dörd bir yanında | Azərbaycan Zəfər Gününü qeyd edir - Baku TV

Qələbə sevinci ölkənin dörd bir yanında | Azərbaycan Zəfər Gününü qeyd edir - Baku TV

Cəmiyyət
08 noyabr 2026 526 baxış
Seçilmişlər
icon