"Bu qədər iti hara aparım?!" | 400 heyvan sığınacaqdan niyə çıxarıldı? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatalada fəaliyyət göstərən heyvan sığınacağının bağlanma təhlükəsi ilə üzləşməsi narahatlıq yaradıb.
Sığınacağın sahibi Nizami Ramazanovun sözlərinə görə, illik 4000 manat icarə haqqı ödənilən ərazidə hazırda 400-ə yaxın it saxlanılır.
Heyvansevər vurğulayıb ki, burada əsasən Zaqatala və ətraf rayonlardan maşın vurmuş, güllələnmiş və müxtəlif səbəblərdən köməyə möhtac vəziyyətdə olan heyvanlar yerləşdirilir.
Bildirilib ki, ərazi sahibi torpağı daha yüksək qiymətə satışa çıxardığı üçün sığınacağın boşaldılması tələb olunub. Sığınacaq rəhbərliyi isə bu məbləği ödəmək imkanlarının olmadığını, həmçinin yüzlərlə itin köçürülməsi üçün alternativ ərazi tapılmadığını deyir.
Qeyd olunub ki, əgər yeni ərazi ayrılmasa, yüzlərlə itin birdən-birə buraxılması böyük təhlükə və fəlakətə səbəb ola bilər.
Sığınacaq sahibi aidiyyəti qurumlara, iş adamlarına və heyvansevər şəxslərə müraciət edərək dəstək istəyib.
#Sahibsiz itlər teqi istifadə olunub
- "Gecə boğuşurlar, səsləri evlə birdir" | Əhali qorxu içində | "İstədim ki, qaçım, yıxıldım üzüüstə"
- "Neçəsini kürəkənim tutub, pul verib ki..." | Əhali dəhşət içində yaşamaqdan təngə gəlib - Baku TV
- Buzovnada sakinlərin kabusuna çevrilən sahibsiz itlər - Baku TV CANLI
- Bu ərazidə sakinləri hər an itlər parçalaya bilər! - Baku TV CANLI
- "Çölə çıxa bilmirik!" | Sakinlərin kabusuna çevrilən küçə itləri dəhşət saçır - Baku TV
