"Burada cavanlığımız keçmədi ki..." | Doğma yurda qayıdan Xocavənd sakinləri - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Xocavəndə köçürülən sakinlər doğma yurdlarına qayıdışın sevincini Baku TV ilə bölüşüblər.
Çəkiliş qrupu Xocavənd kəndinə köçürülən ailələrdən birinin evində qonaq olub, illər sonra gerçəkləşən qayıdışın yaratdığı duyğulara şahidlik edib.
Xocavənd sakini Tahir Abbasov 1991-ci ilin 19 noyabr tarixini xatırlayaraq həmin günü həyatlarının ən ağır anlarından biri kimi dəyərləndirib.
“1991-ci il noyabrın 19-u buradan çıxmışıq. Başladılar evləri yandırmağa, birtəhər qaçdıq, canımızı qurtardıq. Çox adam yaralandı. 35 ildir ki, bu günü gözləyirdik”, – deyə o qeyd edib.
Digər sakin Murad Abbasov isə uşaqlıq illərinin qaçqınlıq dövrünə təsadüf etdiyini vurğulayıb.
“Doqquz yaşım var idi. Buralar yuxu kimi yadıma gəlir. Burada cavanlığımız keçmədi ki, xatirələrimiz çox olsun. Uşaqlığımız qaçqınlıq dövrünə düşdü, çox çətin günlər gördük. Şükürlər olsun ki, artıq Vətəndəyik”, – deyə o bildirib.
#Xocavənd teqi istifadə olunub
- "Biz öz doğma yurdumuza gəlmişik" | Doğma yurda qayıdan ailənin sevinci - Baku TV
- 40 ailə doğma yurduna qayıtdı | Xocavənddə xoş anlar - Baku TV CANLI
- Bu il Xocavəndin Kiş kəndinə 110 ailənin köçürülməsi planlaşdırılır - Baku TV
- Hadrutun düşmən işğalından azad olunmasından 6 il ötür - Baku TV
- Beynəlxalq səyahətçilərin Xocavənd səfərində hansı məqamlar diqqət çəkib? - Baku TV
