Pleyeri seçin:

"Daşaltı əməliyyatı"ndan 31 il keçir

26 yanvar 2023 463 baxış

Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən Daşaltı əməliyyatından 31 il keçir.

Əməliyyat Şuşanın Daşaltı kəndinin azad olunması məqsədilə 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib. Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 nəfər ayrılıb. Yanvarın 25-dən 26-na keçən gecə başlanan əməliyyata sabiq müdafiə naziri Tacəddin Mehdiyev rəhbərlik edib.

Əməliyyatın 1-ci planı taqımın Nəbilər kəndi vasitəsilə keçərək Qızılqaya hündürlüyünə qalxaraq, oradan Daşaltıdan Sığnaxa aparan yolu kəsmək, 2-ci plan Daşaltıdan Şuşakəndə aparan yolu kəsmək olub. Əməliyyat zamanı hava şəraitinin sərtliyi, hərbi əlaqənin pis təşkil edilməsi, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti uğursuzluğa səbəb olub. Daşaltıya daxil olan taqım ermənilərin pusqusuna düşüb. Digər taqımlar da itkilər verərək geri çəkiliblər. Azərbaycan Ordusu uğursuz əməliyyatda 90 nəfər itki verib, Müdafiə Nazirliyinin Kəşfiyyat Bölüyünün rəis müavini olan polkovnik-leytenant Riad Əhmədov isə itkin düşüb. Onun taleyindən bu günədək heç bir məlumat yoxdur. Ermənilər də xeyli itki verib, əməliyyat zamanı düşmənin 80 döyüşçüsü məhv edilib.

2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində Ermənistanın uzun illər işğal altında saxladığı torpaqlar azad olunub. 44 gün davam edən Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu düşməni Qarabağdan qovub. 2020-ci ilin noyabrın 9-da Şanlı Azərbaycan Ordusu 1991-ci ildən etibarən erməni silahlı dəstələrinin nəzarəti altında olan Daşaltı kəndini işğaldan azad edib. Bununla da Daşaltı əməliyyatının qisası alınıb.

“Araz” supermarketlər şəbəkəsi müştərilərinə 15 000 hədiyyə qazanmaq imkanı təqdim edir - Baku TV

“Araz” supermarketlər şəbəkəsi müştərilərinə 15 000 hədiyyə qazanmaq imkanı təqdim edir - Baku TV

Cəmiyyət
30 sentyabr 2026 463 baxış
Normadan artıq zərərli qaz buraxan avtomobillərə nəzarət ediləcək - Baku TV CANLI

Normadan artıq zərərli qaz buraxan avtomobillərə nəzarət ediləcək - Baku TV CANLI

Cəmiyyət
30 sentyabr 2026 463 baxış
Milyardlarla insan görünməz təhlükə ilə üz-üzə qalıb | Çıxış yolu varmı? - Baku TV

Milyardlarla insan görünməz təhlükə ilə üz-üzə qalıb | Çıxış yolu varmı? - Baku TV

Cəmiyyət
30 sentyabr 2026 463 baxış
Vətəndaşlar yerüstü piyada keçidinə ayaqla qalxıb-düşürlər

Vətəndaşlar yerüstü piyada keçidinə ayaqla qalxıb-düşürlər

Cəmiyyət
30 sentyabr 2026 463 baxış
Piyadaları təngə gətirən eskalator problemi nə zaman həll olunacaq? - Baku TV

Piyadaları təngə gətirən eskalator problemi nə zaman həll olunacaq? - Baku TV

Cəmiyyət
30 sentyabr 2026 463 baxış
Ərazini su basıb, gediş-gəliş çətinləşib

Ərazini su basıb, gediş-gəliş çətinləşib

Cəmiyyət
30 sentyabr 2026 463 baxış
Yeniyetmə kulinar məharətini belə göstərdi | 14 yaşlı şirniyyatçı harada çalışmaq istəyir? - Baku TV

Yeniyetmə kulinar məharətini belə göstərdi | 14 yaşlı şirniyyatçı harada çalışmaq istəyir? - Baku TV

Cəmiyyət
30 sentyabr 2026 463 baxış
“Nə oxuduğumu bilmirəm, yarısı ingiliscə...” | Qurum və şirkətlər dil normalarını pozur? - Baku TV

“Nə oxuduğumu bilmirəm, yarısı ingiliscə...” | Qurum və şirkətlər dil normalarını pozur? - Baku TV

Cəmiyyət
30 sentyabr 2026 463 baxış
İnsanlardan uzaqlaşmaq və həvəsin azalması depressiya ilə əlaqəli ola bilər

İnsanlardan uzaqlaşmaq və həvəsin azalması depressiya ilə əlaqəli ola bilər

Cəmiyyət
30 sentyabr 2026 463 baxış
Dələduzlar bunu da etdi | Kimsə kartınıza pul göndərmək istəyirsə... - Baku TV CANLI

Dələduzlar bunu da etdi | Kimsə kartınıza pul göndərmək istəyirsə... - Baku TV CANLI

Cəmiyyət
30 sentyabr 2026 463 baxış
Seçilmişlər
icon