“Nə oxuduğumu bilmirəm, yarısı ingiliscə...” | Qurum və şirkətlər dil normalarını pozur? - Baku TV
Azərbaycan dilinin saflığının qorunması dövlət siyasətinin və cəmiyyətin qarşısında duran mühüm məsələlərdən biridir.
Prezident İlham Əliyev 3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı ana dilimizin saflığının qorunmasının hər bir Azərbaycan vətəndaşının borcu olduğunu xüsusi vurğulayıb.
Ancaq rəqəmsal mühitdə bu nüans çox vaxt unudulur. Bəzi dövlət qurumları və şirkətlər tərəfindən vətəndaşlara göndərilən mesaj və bildirişlərdə də yazı xətalarına yol verilir.
Mövzu ilə bağlı paytaxt sakinləri arasında keçirilən sorğuda da vətəndaşlar bu problemlə dəfələrlə qarşılaşdıqlarını bildiriblər.
“Dəfələrlə baxıb görmüşəm ki, səhv yazıblar. Hərfləri buraxırlar, yaxud sözü düzgün yazmırlar. Yəqin, onları yazanlar da savadlı adamlardır. Məncə, belə olmamalıdır”, – deyə sakinlərdən biri söyləyib.
Bəs vətəndaşlara göndərilən mesajlarda müvafiq qaydalara niyə əməl olunmur?
Baku TV bu sualı mesajlarında hərf səhvləri müşahidə olunan qurum və şirkətlərə ünvanlayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, məsələ SMS texnologiyasında istifadə olunan kodlaşdırma standartı ilə bağlıdır.
Qurumun açıqlamasına görə, bəzi SMS-lər GSM-7 kodlaşdırma standartı ilə göndərilir. Bu standart isə yalnız ingilis əlifbasını və bir neçə beynəlxalq simvolu dəstəkləyir.
#Azərbaycan dili teqi istifadə olunub
- Gürcüstanda Azərbaycan dili və ədəbiyyatı dərsləri azaldıldı - Baku TV CANLI
- Azərbaycandilli məktəblərdə ana dili və ədəbiyyat dərsləri azaldılıb - Baku TV
- "Azərbaycan dilinin qoruyucuları bizik" | Prezident İlham Əliyev - Baku TV
- "Azərbaycan dili zəngin dildir" | Prezident İlham Əliyev - Baku TV
- "Bizim dilimiz qədimdir, 50 milyondan çox insan üçün ana dilidir" | İlham Əliyev - Baku TV
