Pleyeri seçin:

"Demədiniz ki, o uşaq haradadır?!" - 1 ildir adı məktəbdə gedir, 1 gün belə dərsdə olmayıb - Baku TV

05 iyun 2026

Bir ildir məktəbə getməsə də, adı hələ də elektron sistemdə aktiv görünür.

Xəzər rayonu, Binə qəsəbə sakini Bəhruz Adiyev bildirir ki, övladı Nuray Adizadə 2025–2026-cı tədris ili üçün Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 114 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olunsa da, səhhəti ilə əlaqədar həmin məktəbdə bir gün belə təhsil almayıb.

Valideyn övladının yaşadıqları ərazi üzrə yerləşən 117 nömrəli tam orta məktəbdə təhsil almasını istəyir.

“Həkim məsləhət gördü ki, uşağı bir il məktəbə qoymayaq, müalicəsini alsın və sağlamlığı yaxşılaşsın. Bu il isə onu Binə qəsəbəsində yerləşən 117 nömrəli məktəbə qoymaq istədik. Bizə dedilər ki, uşaq artıq 114 nömrəli məktəbin şagirdi kimi sistemdə qeydiyyatdadır.

İlk olaraq uşağı 114 nömrəli məktəbdə qeydiyyatdan keçirmişdik. Mən müəlliməyə bildirdim ki, övladım həmin məktəbə gəlməyəcək və adını sistemdən çıxarsınlar. O da mənə “yaxşı” dedi. Mən də buna güvənib məsələni nəzarətdə saxlamadım. Uşağı görmədiyiniz halda jurnalda ona necə qiymət yazırsınız? Doqquz ay ərzində niyə maraqlanmayıblar ki, bu şagird haradadır, niyə dərsə gəlmir?”, – valideyn deyib.

Məsələ ilə bağlı 114 nömrəli tam orta məktəbdən bildirilib ki, 2025–2026-cı tədris ili üçün Nuray Adizadənin birinci sinfə qəbulu ilə bağlı sorğu valideyn tərəfindən elektron sistem üzərindən yerləşdirilib. Lakin şagird tədris ili ərzində dərslərdə iştirak etməyib.

Məktəbdən verilən məlumata görə, valideyn tərəfindən övladının təhsilini davam etdirməyəcəyi və ya məktəbdən xaric olunması ilə bağlı rəhbərliyə hər hansı yazılı müraciət təqdim edilməyib. Buna görə də şagird üzrsüz səbəbdən dərslərdə iştirak etmədiyindən sinifdə saxlanılıb.

Qeyd olunub ki, valideyn 2026–2027-ci tədris ilində şagird yerdəyişməsi sistemi vasitəsilə övladını digər ümumtəhsil müəssisəsinin müvafiq sinfinə köçürə bilər.

Maşın aldı, başına gəlməyən qalmadı | "Şikayətinə baxmayan qalmayıb, hamısı da..." - Baku TV

Maşın aldı, başına gəlməyən qalmadı | "Şikayətinə baxmayan qalmayıb, hamısı da..." - Baku TV

Cəmiyyət
05 iyun 2026
"Sürmək olmur, dağılır!" - Sürücüləri bezdirən yol | "5 m yol üçün 3 saat tıxacda qalıram" - Baku TV

"Sürmək olmur, dağılır!" - Sürücüləri bezdirən yol | "5 m yol üçün 3 saat tıxacda qalıram" - Baku TV

Cəmiyyət
05 iyun 2026
7 iyunda keçiriləcək blok imtahanları ilə bağlı vacib məqamlar - HANSI İXTİSAS?

7 iyunda keçiriləcək blok imtahanları ilə bağlı vacib məqamlar - HANSI İXTİSAS?

Cəmiyyət
05 iyun 2026
"Buna "yaşamalı yer" deyirsiniz?!" | Sakinlər təngə gəldi | "Belə bina heç yerdə yoxdur!" - Baku TV

"Buna "yaşamalı yer" deyirsiniz?!" | Sakinlər təngə gəldi | "Belə bina heç yerdə yoxdur!" - Baku TV

Cəmiyyət
05 iyun 2026
"Mən öləcəyəm, haradan aparacaqlar?!" | Boğaza yığılan əhali fəryad etdi: "Zülm çəkirik!" - Baku TV

"Mən öləcəyəm, haradan aparacaqlar?!" | Boğaza yığılan əhali fəryad etdi: "Zülm çəkirik!" - Baku TV

Cəmiyyət
05 iyun 2026
"Danışmağa halımız yoxdur, çox təsirlidir" | "Düşmənə qarşı tək" filmi təqdim edildi - Baku TV

"Danışmağa halımız yoxdur, çox təsirlidir" | "Düşmənə qarşı tək" filmi təqdim edildi - Baku TV

Cəmiyyət
05 iyun 2026
Ürək və yuxu üçün ən faydalı məhsul açıqlandı

Ürək və yuxu üçün ən faydalı məhsul açıqlandı

Cəmiyyət
05 iyun 2026
İdeal səhər yeməyi necə olmalıdır?

İdeal səhər yeməyi necə olmalıdır?

Cəmiyyət
05 iyun 2026
Sosial şəbəkələr və dopamin mexanizmi: asılılıq necə formalaşır? - AKTUAL GÜNDƏM

Sosial şəbəkələr və dopamin mexanizmi: asılılıq necə formalaşır? - AKTUAL GÜNDƏM

Cəmiyyət
05 iyun 2026
Təkcə torpaq deyil: əslində, nələri geri aldıq? | Ağdərə uğrunda döyüşlər niyə ən ağırlardan idi?

Təkcə torpaq deyil: əslində, nələri geri aldıq? | Ağdərə uğrunda döyüşlər niyə ən ağırlardan idi?

Cəmiyyət
04 iyun 2026
Seçilmişlər
icon