Pleyeri seçin:

Köhnə Keşlə bazarının söküldüyü ərazi toza büründü | AAYDA-dan açıqlama - Baku TV

03 iyun 2026 319 baxış

2027-ci ildə istifadəyə verilməsi planlaşdırılan Akademik Həsən Əliyev küçəsi – “Koroğlu” metro stansiyası avtomobil yolunda son aylarda tikinti işlərinin demək olar ki, dayandığı müşahidə olunur.

2025-ci ildə icrasına başlanılan layihə çərçivəsində yolun keçəcəyi ərazidə yerləşən bir sıra obyektlər, o cümlədən Keşlə bazarı sökülüb. Lakin son bir neçə aydır ərazidə tikinti işlərinin aparılmadığı diqqət çəkir. Hazırda ərazidə nə texnika, nə də işçi qüvvəsi görünür.

Tikinti işlərini həyata keçirən şirkətlərdən birinin əməkdaşı bildirib ki, onlara həvalə olunan hissədə işlər 24 saat fasiləsiz davam etdirilir.

Onun sözlərinə görə, hazırda işlərin dayanmış kimi göründüyü hissədə tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən aparılır.

Məsələ ilə bağlı AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Baku TV-yə açıqlamasında bildirib ki, layihə üzrə işlər mərhələli şəkildə həyata keçirilir:

“Hazırda işlər Rövşən Əliyev və Ələsgər Qayıbov küçələrindən Fətəli xan Xoyski küçəsi istiqamətində aparılır. Layihə üzrə digər ərazilərdə nəzərdə tutulan işlərin də əvvəlcədən tərtib və təsdiq olunmuş qrafikə uyğun davam etdirilməsi planlaşdırılır. İşlərin mərhələli icrası nəqliyyatın fasiləsizliyinin təmin olunmasına, eyni zamanda mövcud yol şəbəkəsində yarana biləcək narahatlıqların minimuma endirilməsinə xidmət edir”.

Qeyd edək ki, şəhər əhəmiyyətli magistral küçə kimi inşa olunan yolun ümumi uzunluğu 3896 metr təşkil edəcək. Yolun hərəkət hissəsi 6 zolaqdan ibarət olacaq və hər zolağın eni 3,5 metr nəzərdə tutulub. Layihə çərçivəsində 4 tunelin və 3 yeraltı piyada keçidinin tikintisi də planlaşdırılır.

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 319 baxış
İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

Cəmiyyət
20 sentyabr 2026 319 baxış
Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 319 baxış
İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

Cəmiyyət
20 sentyabr 2026 319 baxış
Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Cəmiyyət
20 sentyabr 2026 319 baxış
Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 319 baxış
DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 319 baxış
Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 319 baxış
Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 319 baxış
Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Cəmiyyət
19 sentyabr 2026 319 baxış
Seçilmişlər
icon