Pleyeri seçin:
Xətaidə yol təmirinə start verilir | Sürücülərə müraciət - Baku TV
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
8 Noyabr prospektində yol təmir işlərinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumata görə, təmir zamanı nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulmayacaq. Sürücülər müvəqqəti yol nişanlarına diqqət etməklə hərəkətlərini davam etdirə biləcəklər.
Hazırda 8 Noyabr prospektində əsasən iki zolaqda, həmçinin avtobus zolağında iki dayanacağın qarşısında təmir işləri aparılır. Təmirin axşama qədər yekunlaşması gözlənilir.
Qeyd edək ki, 8 Noyabr prospekti şəhərin əsas və uzun küçələrindən biridir. Prospekt şəhərlə Xətai rayonunu birləşdirir. 2 istiqamətli, 8 zolaqlı yolun uzunluğu 10 kilometrdir və şəhərin əsas nəqliyyat yükünü daşıyan yollardan biridir.
Kopyalandı
#Xətai rayonu teqi istifadə olunub
- Restorandakı qanlı davaya görə həbs edilən 11 nəfəri nə gözləyir? - 24 SAAT
- Restorandakı kütləvi davanın yeni detalları məlum oldu - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- “Həyət-bacada görünən adamlar deyildi” | Oğul ananı bıçaqladı? - Qonşu danışdı - Baku TV
- Qadın bıçaqlandı, oğlu saxlanıldı | Xətaidəki dəhşətli hadisənin detalları - Baku TV CANLI
