Pleyeri seçin:

"Dəniz Təməl Komando kursu"nun növbəti buraxılışına həsr olunmuş mərasim keçirilib

09 sentyabr 2023 418 baxış

Hərbi Dəniz Qüvvələrində (HDQ) “Dəniz Təməl Komando kursu”nun növbəti buraxılışına həsr olunmuş mərasim keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Mərasimdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Çıxış edən Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov kursu bitirən hərbi qulluqçuları salamlayaraq Müdafiə Nazirliyi rəhbərliyinin təbriklərini çatdırıb.

Qeyd edilib ki, Ordumuzun tərkib hissəsi olan Hərbi Dəniz Qüvvələri də respublikamızın təhlükəsizliyinə yönələn təhdidlərin qarşısının alınması, eləcə də Xəzər dənizinin Azərbaycana məxsus ərazi sularında etibarlı mühafizənin, əlverişli əməliyyat rejiminin saxlanılması və digər tapşırıqların icrası üçün digər qoşun növləri ilə birlikdə fəaliyyətini davamlı olaraq inkişaf etdirir.

“Dəniz Təməl Komando kursu”nun məzunları göstərilən yüksək etimadı xidməti fəaliyyətləri ilə doğruldacaqlarına söz veriblər.

Məzunlara sertifikatlar təqdim olunduqdan sonra kurs birinciləri, eləcə də kursun təşkilində və keçirilməsində fərqlənən təlimatçılardan bir qrupu mükafatlandırılıb.

“Dəniz Təməl Komando kursu”nun buraxılışına həsr olunmuş mərasim şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

21 yaşında şəhadətə ucalan qəhrəman | "Qürur duyuram ki, Kənan kimi oğulun anasıyam" - Baku TV

21 yaşında şəhadətə ucalan qəhrəman | "Qürur duyuram ki, Kənan kimi oğulun anasıyam" - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 418 baxış
Alim Qasımovun iştirak etdiyi layihə müzakirə yaratdı - Baku TV

Alim Qasımovun iştirak etdiyi layihə müzakirə yaratdı - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 418 baxış
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Baku TV

Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 418 baxış
176 ailə üçün yeni mənzillər tikiləcək | Qubadlıda müasir yaşayış məhəlləsi salınır - Baku TV

176 ailə üçün yeni mənzillər tikiləcək | Qubadlıda müasir yaşayış məhəlləsi salınır - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 418 baxış
“İstədiyim qədər pul versələr də, buna “yox” demərəm” | Səyyah Azər Qərib, əslində, kimdir?

“İstədiyim qədər pul versələr də, buna “yox” demərəm” | Səyyah Azər Qərib, əslində, kimdir?

Cəmiyyət
21 sentyabr 2026 418 baxış
Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər məbədini ziyarət ediblər - Baku TV

Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər məbədini ziyarət ediblər - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 418 baxış
Bakı və rayonlarda hava necə olacaq? - Baku TV CANLI

Bakı və rayonlarda hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
21 sentyabr 2026 418 baxış
“Keçəndə başımıza tökülür” | Yuxarı mərtəbədən gələn “sürpriz”lərdən necə qorunaq? - Baku TV

“Keçəndə başımıza tökülür” | Yuxarı mərtəbədən gələn “sürpriz”lərdən necə qorunaq? - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 418 baxış
“Şamaxinka”da beş marşrut yeni dayanacaqlardan hərəkət edəcək - Baku TV

“Şamaxinka”da beş marşrut yeni dayanacaqlardan hərəkət edəcək - Baku TV

Cəmiyyət
21 sentyabr 2026 418 baxış
“Şamaxinka”da hansı marşrutlar yeni dayanacaqlardan hərəkət edəcək? - Baku TV CANLI

“Şamaxinka”da hansı marşrutlar yeni dayanacaqlardan hərəkət edəcək? - Baku TV CANLI

Cəmiyyət
21 sentyabr 2026 418 baxış
Seçilmişlər
icon