Pleyeri seçin:

"Diprospan" müəmmasına aydınlıq gətirildi

21 fevral 2023 706 baxış

İsveçrə istehsalı olan “Diprospan” dərman vasitəsinin bəzi seriyaları geri çağırılıb. Bu barədə Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, U038559 seriyalı, son istifadə tarixi 10-cu ay 2023-cü il, W002245 seriyalı, son istifadə tarixi 11-ci ay 2023-cü il, W009991 seriyalı, son istifadə tarixi 1-ci ay, 2024-cü il, W015391 seriyalı, son istifadə tarixi 3-cü ay 2024-cü il, W025079 seriyalı, son istifadə tarixi 6-cı ay 2024-cü il və W033463 seriyalı, son istifadə tarixi 8-ci ay 2024-cü il olmaqla 1 milli qramlıq şüşə ampulalarda, plastik qablaşmada, karton qutuda olan dərman vasitələri satışdan çıxarılıb.

Qurumdan bu açıqlama bir neçə gündür verilsə də, əksər apteklərdə “Diprospan” hələ də satılır. Bu isə ictimaiyyət arasında müəyyən suallar doğurur. Sözügedən dərman vasitəsi hansı səbəbdən geri çağırılıb? Əgər satışdan çıxarılıbsa, niyə hələ də apteklərdən yığışdırılmayıb?

Bütün bu suallara Analitik Ekspertiza Mərkəzinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Mətin Məcidli aydınlıq gətirib. O bildirib ki, “Diprospan” dərmanının satışının qadağan olunması barədə məlumat həqiqəti əks etdirmir.

Qurum rəsmisi onu da qeyd edib ki, dərman vasitəsi şəxsin həyat və sağlamlığına təhlükə yaratmayan, yəni ilkin və ikincili qablaşdırma qüsurları, həmçinin istifadə təlimatında olan texniki səhvlərə görə geri çağırılıb.

Banner
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 706 baxış
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 706 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 706 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 706 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 706 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 706 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 706 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 706 baxış
"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

"Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi

Cəmiyyət
27 oktyabr 2026 706 baxış
"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

"Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"

Cəmiyyət
27 oktyabr 2026 706 baxış
Seçilmişlər
icon