"Ətrafım narkomanlarla dolu idi" | Küçə həyatı yaşayan oğlanın başına nələr gəlib? | ARZUNUN VAXTI
Yeniliklərdən dərhal xəbərdar olun
"Arzunun vaxtı" verilişinin budəfəki qonağı, 35 yaşlı Vüqar Əliyev ürəkdağlayan həyat hekayəsini paylaşıb. O, ömrünün 17 ilini küçələrdə keçirdiyini bildirib. Atasını heç vaxt görməyən Vüqar, 8 yaşında xərçəng xəstəliyindən anasını itirib. Bu faciədən sonra 7-ci sinfə qədər internatda qalan Vüqarı daha sonra böyük qardaşı himayəsinə götürüb. Hərbi xidmətdən qayıtdıqdan sonra isə qardaşı ona öz ayaqları üstündə durmalı olduğunu deyib və Vüqarın küçə həyatı başlayıb. O, "ətrafım narkomanlarla dolu olsa da, özüm heç vaxt narkotikdən istifadə etməmişəm" deyərək çətin mühitə necə sinə gərdiyini danışıb. Vüqar həmçinin ana həsrətindən bəhs edib, tez-tez anasının məzarını ziyarət etdiyini, bəzən günlərlə məzarın üstündə yatıb qaldığını göz yaşları ilə etiraf edib.
#Arzunun vaxtı (Baku TV-nin verilişi) teqi istifadə olunub
- "Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"
- Ailəsi dağıldı, doğmaları xəyanət etdi | Ramiz Novruzun stilist qızı başına gələnləri danışdı
- Qarabağlı qayınana, ukraynalı gəlin | “Elə toy etdik ki, dedilər, qızını Dubay şeyxinə vermisən?!”
- “İnternetdə tanış olduq, ailəm dağıldı” | “2 dəfə evləndim, qızımla danışanda pis oluram ki...”
- "Ayağımı yumağa 5 manat alır" | Əlilliyi olan Rəşaid ailəsi ola-ola niyə tək və köməksiz yaşayır?
