Pleyeri seçin:

"Evlənəndə o sevgi olmur" | Qəşəm Nəcəfzadə: “Kəramət dedi, 40 ildir birlikdəsiniz, bezməmisiniz?!”

12 iyun 2026 360 baxış

“O vaxtlar” verilişinin budəfəki qonağı şair, Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə olub.

Müasir dövrdə ailələrin dağılmasının səbəblərindən və insanların reallıqla barışa bilməməsindən söz açan Qəşəm Nəcəfzadə cəmiyyətdəki bəzi aktual problemlərə toxunub.

“Ailələr dağılır. Niyə? Çünki heç birinin xəyalı yoxdur. Evlənəndən bir-iki ay sonra deyirlər ki, bu mənim xəyalımdakı insan deyil və ayrılırlar. İnsan həyatın ona qismət etdiklərinə qane olmağı bacarmalıdır. Bəzi adamlar fikirləşirlər ki, mən daha yaxşı biri ilə evlənə bilərdim, niyə ömrümü puç etdim?! Halbuki xoşbəxtlik kənarda deyil, insanın öz daxilindədir və qarşındakı ilə dialoq qurmağı bacarmalısan”, – deyə o bildirib.

Şair həmçinin ailə daxilində sevgi, vərdiş və münasibətlərin formalaşması anlayışına toxunub. Onun sözlərinə görə, ailəni illərlə ayaqda saxlayan güc iddia edildiyi kimi ilk günkü hisslər deyil:

“Bu dünyada vərdişdən, bir-birinə bağlanmaqdan daha böyük sevgi yoxdur. Oğlum Kəramət bir dəfə status yazmışdı ki, “ata, 40 ildir bir yerdəsiniz, necə bezməmisiniz, yorulmamısınız?”. Əslində, ailəni ayaqda saxlayan bağlanmaq və vərdişdir. Öz həyat yoldaşına hörmət qoymayan, onu xoşbəxt etməyən kişi başqa heç bir qadını da xoşbəxt edə bilməz”.

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 360 baxış
İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

Cəmiyyət
20 sentyabr 2026 360 baxış
Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 360 baxış
İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

Cəmiyyət
20 sentyabr 2026 360 baxış
Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Cəmiyyət
20 sentyabr 2026 360 baxış
Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 360 baxış
DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 360 baxış
Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 360 baxış
Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 360 baxış
Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Cəmiyyət
19 sentyabr 2026 360 baxış
Seçilmişlər
icon