Pleyeri seçin:

"Gecə ayılıb gördüm ki..." | Qəfil ölümü ilə hamını sarsıdan jurnalist Sərxan Kamallının son anları

08 fevral 2026 577 baxış

“Retro Baku” verilişinin yeni buraxılışı vaxtilə Baku TV-də çalışmış, 2024-cü ildə insult keçirərək dünyasını dəyişən jurnalist Sərxan Kamallıya həsr olunub.

Baku TV-nin əməkdaşı Xəyal Orucoğlu mərhum həmkarı ilə bağlı xatirələrini bölüşərək həmin günləri belə xatırlayıb:

“Günlərin birində eyni növbəni bölüşdüyümüz vaxt mən bir az özümü narahat hiss edirdim, başım ağrıyırdı. Uşaqlardan xahiş etdik ki, təzyiqölçəni gətirsinlər. Təzyiqimi ölçəndə gördüm ki, 130-dur və özümü heç yaxşı hiss etmirəm. Bu əsnada Sərxan gülə-gülə gəlib dedi ki, onu mənim də qoluma taxın, görüm təzyiqim neçədir. Təzyiqini ölçəndə gördük ki, 200-ün üzərindədir. Bu qədər yüksək təzyiq hər birimizi heyrətə gətirdi ki, Sərxan, sən belə necə yaşayırsan?”.

Sərxan Kamallının həyat yoldaşı Gülşən Kamallı isə onun son gününü xatırlayaraq həmin ağır anları belə təsvir edib:

“Axşam saatlarında, 9-dan sonra evə gəldi. Gələndə də özü üçün yeni bir telefon almışdı. Əhvalı da yerində idi. Oturduq, dedik, güldük, uşaqlarla söhbət etdi. Bir müddətdən sonra dedi ki, uşaqları apar yatsınlar. Gecə ayılıb gördüm ki, Sərxan yıxılıb yerə, bir tərəfi işləmir, zəif səslə məni çağırır. Təcili yardım çağırdıq. Oğlum gördü ki, atasını təcili yardımla apardılar. Bir müddət həyətə təcili yardım gələndə qaçaraq gəlib deyirdi ki, ana, deyəsən, atamı gətirirlər”.

"Vəziyyətimiz çox ağırdır" | Kəndə verilən su niyə istifadəyə yararsız vəziyyətdədir? - Baku TV

"Vəziyyətimiz çox ağırdır" | Kəndə verilən su niyə istifadəyə yararsız vəziyyətdədir? - Baku TV

Cəmiyyət
27 sentyabr 2026 577 baxış
Masallıda məktəbdə aparılan təmir işləri sakinlərin narazılığına səbəb olub - Baku TV CANLI

Masallıda məktəbdə aparılan təmir işləri sakinlərin narazılığına səbəb olub - Baku TV CANLI

Cəmiyyət
27 sentyabr 2026 577 baxış
Naxçıvanda Vətən Müharibəsi şəhidlərinin xatirəsi anılır - Baku TV

Naxçıvanda Vətən Müharibəsi şəhidlərinin xatirəsi anılır - Baku TV

Cəmiyyət
27 sentyabr 2026 577 baxış
Qubada Anım Günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət edilib - Baku TV

Qubada Anım Günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət edilib - Baku TV

Cəmiyyət
27 sentyabr 2026 577 baxış
Şəhid Şahgündüz Cabbarovun şərəfli döyüş yolu - Baku TV

Şəhid Şahgündüz Cabbarovun şərəfli döyüş yolu - Baku TV

Cəmiyyət
27 sentyabr 2026 577 baxış
Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir - Baku TV

Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir - Baku TV

Cəmiyyət
27 sentyabr 2026 577 baxış
"Əfsanəvi tabor"un komandiri Nizami Əliyevin dilindən zəfər yolumuz - Baku TV

"Əfsanəvi tabor"un komandiri Nizami Əliyevin dilindən zəfər yolumuz - Baku TV

Cəmiyyət
27 sentyabr 2026 577 baxış
Döyüş meydanından Bakıya | Açıq səma altında muzey - Hərbi Qənimətlər Parkı - Baku TV

Döyüş meydanından Bakıya | Açıq səma altında muzey - Hərbi Qənimətlər Parkı - Baku TV

Cəmiyyət
27 sentyabr 2026 577 baxış
Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - Baku TV

Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - Baku TV

Cəmiyyət
27 sentyabr 2026 577 baxış
Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür - Baku TV CANLI

Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
27 sentyabr 2026 577 baxış
Seçilmişlər
icon