"Həyat yoldaşını valideyn seçirdi" | Ağdamlı qadının başına nələr gəlib? - O VAXTLAR
Yeniliklərdən dərhal xəbərdar olun
“O vaxtlar” verilişinin budəfəki qəhrəmanı Ağdam sakini Suriyyə Zülfüqarova olub.
O, keçmişin ailə münasibətlərindən söz açıb.
Suriyyə Zülfüqarovanın sözlərinə görə, əvvəllər övladları üçün həyat yoldaşını valideynlər seçərdi:
“Özüm də valideynlərimin seçimi ilə ailə qurmuşam”.
Ağdam sakini ailədə qayınanası ilə olan münasibətindən də bəhs edib:
“Biz həyat yoldaşımla qayınanamdan ayrı yaşayırdıq. Ancaq ərimə yalvarırdım ki, o bizimlə qalsın. Çünki qayınanamı doğma anam kimi sevirdim”.
O həmçinin işğaldan azad edilən Ağdama gedəndə hiss etdiklərindən danışıb:
“Ağdama gedəndə ermənilərin ev-eşiyimi tamamilə dağıtdıqlarını gördüm. Amma indi sevinirəm ki, doğma yurdum bu gün abadlaşır, orada gözəl binalar tikilir. Qarabağı çox sevirəm. Ora əsrarəngiz gözəlliyə malikdir”.
#Ağdam teqi istifadə olunub
- ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV
- Mediatur iştirakçılarına minatəmizləmə fəaliyyəti ilə bağlı məlumat verildi - Baku TV
- Xarici qonaqlar Ağdamın zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olublar - Baku TV
- DİM məlumat yaydı | Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirildi - YENİ BİR SƏHƏR
- 100-cü Aqrar Biznes Festivalı hansı yeniliklərlə yadda qaldı? - Baku TV
