"İçib çöldə dava edirlər" | Məhəllədə açılan kafe sakinləri təngə gətirdi - Baku TV
Baku TV-nin qaynar xəttinə daxil olan müraciətdə şikayətçi bildirir ki, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsində bir neçə həftə əvvəl yaşayış evinin içərisində kafe fəaliyyətə başlayıb.
Sakinlərin sözlərinə görə, həmin obyektə gələn müştərilər məhəllədə səs-küy yaradır, ətrafdakı insanların rahatlığını pozurlar.
“Yaşayış massivində kafe açıblar, ictimai asayiş pozulur. Gənclərə, uşaqlara pis nümunə olur”, – deyə şikayətçilərdən biri bildirib.
Digər sakin isə qeyd edib:
“Gecə saatlarında bacım, anam bu ərazidən keçir. Hazırlıqdan qayıdanlar, işdən gələnlər var. Səs-küy olur, içirlər, çöldə dava edirlər, söyüş söyürlər. Bu, qəbuledilməz haldır”.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edilib. Qurumdan bildirilib ki, həmin kafenin fəaliyyəti dayandırılıb.
#Sabunçu teqi istifadə olunub
- "Sabunçuya baxan yoxdur!" | Antisanitar vəziyyət | "Bizə hörmət etmirlərsə, heç olmasa..." - Baku TV
- Sabunçu sakinlərinin yol və zibil problemi
- Sakinlər sahibsiz küçə itlərindən də şikayət edir
- Sabunçuda dəhşətli hadisə | Ailənin problemi niyə həll edilmir? - Baku TV CANLI
- “Allaha and olsun, dizəcən sudur” | Problem üstünə problem | “Qonşuya yalvarıram ki...” - Baku TV
