Pleyeri seçin:

"Nə istəyiriksə, onu da edirik" | Bakıdakı məşhur restoranla bağlı dəhşətə gətirən iddia

27 noyabr 2025 370 baxış

Azadlıq prospekti 28 ünvanında, yaşayış binasının altında fəaliyyət göstərən “Leo Port Burger” adlı obyektin havalandırma sistemi uzun müddətdir sakinləri narahat edir.

Bununla bağlı Baku TV-nin “Qaynar xətt”inə şikayət daxil olub.

Sakinlərin sözlərinə görə, havalandırma borusundan yağ axır və bu axıntı bir neçə dəfə binada qısaqapanmaya səbəb olub. Bu isə hər an yanğına gətirib çıxara biləcək ciddi təhlükə deməkdir.

“Bir ildən artıqdır ki, həmin restoranla mübarizə aparırıq. Sakinlərin razılığı olmadan binaya boru quraşdırıblar. Şikayət etdikdə isə bizə “Siz kimsiniz? Biz nə istəyirik, onu da edirik” dedilər. Borudan axan çirkli yağ bizim eyvana tökülür. Narazılığımızdan sonra daha irihəcimli mühərrik və boru gətirib binanın damına yerləşdirdilər. Mühərrik işə düşəndə bina silkələnir. Boru tüstü bacasının yanındadır, kiçik bir qığılcım yağla birləşsə, güclü yanğın baş verə bilər”, ‒ deyə sakinlərdən biri söyləyib.

Restoranın inzibatçısı İbrahim Babayev havalandırma sisteminin 2022-ci ildən quraşdırıldığını söyləyib: “Aidiyyəti qurumların bu barədə məlumatı var. Sakinlər düşünürlər ki, biz bunu yeni etmişik, amma sistem əvvəldən belədir”.

O həmçinin restoranın qarşısındakı ağacların kəsilməsi ilə bağlı deyilənləri təkzib edib. Əlavə edib ki, təmizlik işləri aparılan zaman sakinlər onlara mane olmağa çalışaraq təhlükəli vəziyyət yaradırlar.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır. Ağacların kəsilməsi və havaya yayılan qoxu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova qeyd edib ki, əraziyə baxış keçirilib və şikayət araşdırılacaq.

Maliyyələşmə müsabiqəsinə özəl bağçaların sənəd qəbulu başlayır

Maliyyələşmə müsabiqəsinə özəl bağçaların sənəd qəbulu başlayır

Cəmiyyət
05 avqust 2026 370 baxış
"Baxımsızlıqdan 250 min ailə qalıb" | Arıçıların başına oyun açan hadisə - Baku TV

"Baxımsızlıqdan 250 min ailə qalıb" | Arıçıların başına oyun açan hadisə - Baku TV

Cəmiyyət
05 avqust 2026 370 baxış
Qəbiristanlıqda baş verənlər sakinlərin narazılığına səbəb oldu - Baku TV CANLI

Qəbiristanlıqda baş verənlər sakinlərin narazılığına səbəb oldu - Baku TV CANLI

Cəmiyyət
05 avqust 2026 370 baxış
Dəmir yolunun kənarında yaşayanların nəzərinə | Yeni qaydalar açıqlandı - Baku TV

Dəmir yolunun kənarında yaşayanların nəzərinə | Yeni qaydalar açıqlandı - Baku TV

Cəmiyyət
05 avqust 2026 370 baxış
“Yaxşı edib ədəbsiz danışıram” | Taksi sürücüsü və sərnişin arasında dava - Baku TV

“Yaxşı edib ədəbsiz danışıram” | Taksi sürücüsü və sərnişin arasında dava - Baku TV

Cəmiyyət
05 avqust 2026 370 baxış
Qəbiristanlıqdan dəhşətə gətirən görüntülər | "Qəbirlərlə nə işiniz var sizin?!" - Baku TV

Qəbiristanlıqdan dəhşətə gətirən görüntülər | "Qəbirlərlə nə işiniz var sizin?!" - Baku TV

Cəmiyyət
05 avqust 2026 370 baxış
“Bar-bar bağırdı ki, mən sənin...” | Təhsil mərkəzində qalmaqal:  "Qapını bağla!" - Baku TV

“Bar-bar bağırdı ki, mən sənin...” | Təhsil mərkəzində qalmaqal: "Qapını bağla!" - Baku TV

Cəmiyyət
05 avqust 2026 370 baxış
Tibb müəssisələrində narahatlıq yaradan mənzərə | "Bunlar həm xəstəlik yaradır, həm də..." - Baku TV

Tibb müəssisələrində narahatlıq yaradan mənzərə | "Bunlar həm xəstəlik yaradır, həm də..." - Baku TV

Cəmiyyət
05 avqust 2026 370 baxış
Yol polisindən sürücülərə çağırış | Təhlükəsiz ara məsafəsi ilə bağlı xəbərdarlıq - Baku TV CANLI

Yol polisindən sürücülərə çağırış | Təhlükəsiz ara məsafəsi ilə bağlı xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
05 avqust 2026 370 baxış
“Əgər müəssisənin təhsil haqqı çox yüksəkdirsə...” | Özəl bağçalarla bağlı açıqlama - Baku TV

“Əgər müəssisənin təhsil haqqı çox yüksəkdirsə...” | Özəl bağçalarla bağlı açıqlama - Baku TV

Cəmiyyət
05 avqust 2026 370 baxış
Seçilmişlər
icon