"O araya girin, eləcə palçıqdır" | Həll edilməyən problem sakinləri özündən çıxardı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Səbail rayonunun Arif İsmayılov küçəsində yaşayan sakinlər yolun uzun müddətdir yararsız vəziyyətdə olmasından şikayətlənirlər.
Onlar Baku TV-nin qaynar xəttinə bildiriblər ki, bir neçə il əvvəl ərazidə kanalizasiya xəttində aparılan təmir işləri zamanı yol qazılıb. Lakin işlər başa çatdıqdan sonra qazılan hissələr asfaltlanmayıb.
“Bu illər ərzində tozun və palçığın qarşısını almaq üçün yola çınqıl və daş tökmüşük. Aidiyyəti qurumlara dəfələrlə müraciət etsək də, baxan yoxdur”, – deyə sakinlərdən biri qeyd edib.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, son illər rayonun müxtəlif ünvanlarında 70 kilometrdən artıq yolun asfalt örtüyü bərpa edilib. Qeyd olunub ki, 2026-cı ildə də yolların mərhələli şəkildə asfaltlanması davam etdirilir.
Müraciətdə qeyd edilən Arif İsmayılov küçəsinin də nəzarətə götürüldüyü bildirilib.
#Səbail rayonu teqi istifadə olunub
- "Qonşunun qapısını döyəndə qorxuram..." | Yüzdən çox yaşı olan bina qəzalı vəziyyətdə - Baku TV
- Səbail rayonunda qəzalı bina | Sakinlərin problemi nə vaxt həll olunacaq?- Baku TV
- Ödənişli parklanma niyə xidməti oldu? | Sakinlərin parklanma problemi böyüyür - Baku TV
- Sakinlər xidməti parklanmanın yaratdığı problemdən şikayətçidir
- "İndi 40 manat istəyirlər ki..." | Parklanmadakı dəyişiklik əhalini özündən çıxardı - Baku TV
