Pleyeri seçin:

"Oğlumu qanunsuz saxlayıblar!" - Gəmidə həkim işləyən Tural müəmmalı şəkildə yoxa çıxdı - Baku TV

02 fevral 2026 560 baxış

Bakıdakı klinikalardan birində çalışan və Xəzər dənizində özəl şirkətlərdən birinə məxsus gəmidə həkim kimi fəaliyyət göstərən 33 yaşlı Tural Sultanovun itkin düşməsi ilə bağlı bir müddət əvvəl xəbər yayılmışdı.

Aradan təxminən 5 ay keçməsinə baxmayaraq, onun taleyi barədə hələ də heç bir məlumat yoxdur. Ailəsi isə ciddi narahatlıq keçirir.

Tural Sultanovun atası Hüseynağa Sultanov baş verənlərlə bağlı bunları deyib:

“Beşinci aydır ki, bu uşaqdan xəbər yoxdur. Kadrlar şöbəsindən məlumat verdilər ki, belə bir hadisə baş verib. Adını qoydular ki, Tural intihar edib. 67 gün müddətində oğlum gəmidə qalıb. Heç bir qanuni əsası olmayan şəkildə bir insanın gəmidə, dənizdə bu qədər müddətdə saxlanılması mümkün deyil. Bu, insan psixologiyasına ciddi təsir edir.

Mən belə bir nəticəyə gəlmişəm ki, burada axtarışın özü də səthi aparılıb. Deyirlər ki, bir gün əvvəl onun hərəkətlərində qeyri-adilik müşahidə olunub, amma bizə bu barədə məlumat verilməyib. Nə ölüsü var, nə dirisi. Meyitin tapılması da onlara sərf etmir. Çünki bu, cinayətdir. Həmin səhlənkarlıq insan ölümünə gətirib çıxarıb”.

Tural Sultanovun anası Aygün Sultanova isə ümidini itirmədiyini bildirib:

“Mən Allahdan heç vaxt ümidimi üzmədim. İnşallah, inanıram ki, o möcüzələrdən birini də bizə yaşadar. Nə olur-olsun, ya dirisi, ya ölüsü – balam aşkara çıxsın. Mən demişəm ki, övladım ortaya çıxsın, qurban kəsəcəyəm.

67 gün qanunsuz şəkildə onu saxlayıblar. Klinika deyir ki, əvəzedici həkim yox idi, ona görə o qədər qalıb. Sizin əvəzedici həkiminiz yox idi deyə mənim övladım yox olmalı idi?! Səbəbkarlar ortadadırlar, rahat gəzirlər”.

Məsələ ilə bağlı “Leyla Medical Center”dən bildirilib ki, hazırda istintaq araşdırması aparılır və istintaqın gedişinə mane olmamaq üçün hər hansı açıqlama vermək mümkün deyil.

Aleksandr Şarovskinin dəfn mərasimindən görüntülər - Baku TV

Aleksandr Şarovskinin dəfn mərasimindən görüntülər - Baku TV

Cəmiyyət
09 sentyabr 2026 560 baxış
"Bəzi işəgötürənlər xərcləri də qarşılayır" | Layihədə iştirak proseduru necədir? - Baku TV

"Bəzi işəgötürənlər xərcləri də qarşılayır" | Layihədə iştirak proseduru necədir? - Baku TV

Cəmiyyət
09 sentyabr 2026 560 baxış
"Keyfiyyəti yoxdur deyə çökür" | Yolların asfalt örtüyü niyə tez-tez sıradan çıxır? - Baku TV

"Keyfiyyəti yoxdur deyə çökür" | Yolların asfalt örtüyü niyə tez-tez sıradan çıxır? - Baku TV

Cəmiyyət
09 sentyabr 2026 560 baxış
"Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində nümayəndə heyəti Xankəndidə - Baku TV

"Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində nümayəndə heyəti Xankəndidə - Baku TV

Cəmiyyət
09 sentyabr 2026 560 baxış
"Sümüyüm çıxmışdı çölə" | Motosikletlə toya gələn gəlin və bəy qonaqları şoka saldı - Baku TV

"Sümüyüm çıxmışdı çölə" | Motosikletlə toya gələn gəlin və bəy qonaqları şoka saldı - Baku TV

Cəmiyyət
09 sentyabr 2026 560 baxış
Biz sakitlik istəyirik | Hansı avtobus sürücüsü sərnişinlərə Bayram Kürdəxanlını dinlətdi? - Baku TV

Biz sakitlik istəyirik | Hansı avtobus sürücüsü sərnişinlərə Bayram Kürdəxanlını dinlətdi? - Baku TV

Cəmiyyət
09 sentyabr 2026 560 baxış
"Hər zaman yaddaşlarda qalacaq" | Aleksandr Şarovski ilə vida mərasimi - Baku TV

"Hər zaman yaddaşlarda qalacaq" | Aleksandr Şarovski ilə vida mərasimi - Baku TV

Cəmiyyət
09 sentyabr 2026 560 baxış
Layihədə iştirak proseduru necədir?

Layihədə iştirak proseduru necədir?

Cəmiyyət
09 sentyabr 2026 560 baxış
"Ölüm yolu"nda daha bir faciə | Bu yolda niyə tədbir görülmür? - Baku TV

"Ölüm yolu"nda daha bir faciə | Bu yolda niyə tədbir görülmür? - Baku TV

Cəmiyyət
09 sentyabr 2026 560 baxış
"Zəfərin yolu: Qələbənin izi ilə" | Üç ölkədən olan azərbaycanlı din xadimləri Ağdamda - Baku TV

"Zəfərin yolu: Qələbənin izi ilə" | Üç ölkədən olan azərbaycanlı din xadimləri Ağdamda - Baku TV

Cəmiyyət
09 sentyabr 2026 560 baxış
Seçilmişlər
icon