"Ölülər" pyesi anşlaqla izlənildi
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 24-də Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyası ümummilli liderin ən çox sevdiyi əsər olduğundan Heydər Əliyev Mərkəzi “Heydər Əliyev və milli teatr sənəti” layihəsinə məhz həmin tamaşanın nümayişi ilə start verib.
Tamaşadan əvvəl Ulu öndərin əsərlə bağlı fikirlərini əks etdirən videoçarx təqdim olunub. “Ölülər” pyesini dərin fəlsəfi əsər adlandıran Ulu öndər onun milli ruhunu xüsusi vurğulayırdı, pyesin bənzərsiz, tarixi əsər olduğunu qeyd edirdi.
Quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətov olan tamaşada ümumilikdə 27 aktyor iştirak edib. Pyesin Mərkəzdəki təqdimatında aktyorların iştirakında nəsillərin qovuşması da müşahidə edilib. Belə ki, tamaşada gənc, orta və yaşlı nəslin tanınmış aktyorları rol alıblar.
#Ölülər tamaşası teqi istifadə olunub
