"Onsuz heç 1 saat yaşamaq istəmirəm" | 60 ildir evli olan nənə-babanın brilyant toyu - ARZUNUN VAXTI
Yeniliklərdən dərhal xəbərdar olun
“Arzunun vaxtı” verilişinin budəfəki buraxılışında 60 il birgə yaşayan Səftər Əmiraslanov və Zeynəb Əmiraslanovanın həyat yolu diqqətə çatdırılıb.
Zeynəb Əmiraslanovanın sözlərinə görə, uzun illər ərzində birgə həyatlarında çox çətinliklər yaşasalar da, hər zaman bu çətinliklərə sinə gərərək çalışıb, ailələrini qoruyublar. Onlar övladlarını böyüdərək təhsil almalarına şərait yaradıblar.
“Mənim varım-dövlətim, evim-eşiyim, bütün qohumum bir dənə bu kişidir. Arzu edirəm ki, bütün Azərbaycan qızları öz həyat yoldaşlarını həmişə uca tutsunlar”, – deyə o bildirib.
Səftər Əmiraslanov isə həyat yoldaşının onun üçün hər şeydən üstün olduğunu vurğulayıb.
“Həyat yoldaşı hamısından irəlidir. Onsuz mən bir gün yox, bir saat da yaşamaq istəmirəm”, – deyə o qeyd edib.
#Arzunun vaxtı (Baku TV-nin verilişi) teqi istifadə olunub
- "Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"
- Ailəsi dağıldı, doğmaları xəyanət etdi | Ramiz Novruzun stilist qızı başına gələnləri danışdı
- Qarabağlı qayınana, ukraynalı gəlin | “Elə toy etdik ki, dedilər, qızını Dubay şeyxinə vermisən?!”
- “İnternetdə tanış olduq, ailəm dağıldı” | “2 dəfə evləndim, qızımla danışanda pis oluram ki...”
- "Ayağımı yumağa 5 manat alır" | Əlilliyi olan Rəşaid ailəsi ola-ola niyə tək və köməksiz yaşayır?
