"Qarabağ şikəstəsi" Çində ifa olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Çinin Hebey vilayətinin Lanfan şəhərində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Azərbaycan-Çin dostluq konserti” təşkil olunub.
Lanfandakı İpək Yolu Beynəlxalq İncəsənət Mərkəzində keçirilən konsert Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilib.
Konsertdə Xalq artisti Ənvər Sadıqovun rəhbərliyi altında “Qaytağı” instrumental ansamblının və “Mirvari” rəqs qrupunun ifasında Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Niyazinin, Vasif Adıgözəlovun, Cahangir Cahangirovun, Süleyman Ələsgərovun, Tofiq Quliyevin və başqalarının əsərləri, xalq mahnıları və rəqsləri təqdim edilib.
Habelə ənənəvi Çin xalq mahnısı, Ağdam Xan Şuşinski adına Uşaq Muğam Musiqi Məktəbinin şagirdi Mətin Cəfərovun ifasında “Qarabağ şikəstəsi” səsləndirilib.
#Çin teqi istifadə olunub
- Pekində fəlakət bölgəsində xilasetmə və bərpa işləri gücləndirilir
- H2-X avtomobil qaldırır, mürəkkəb hərəkətlər edir
- 3690 metr uzunluğundakı tras meşəlik dərələrdən keçir
- Çində baş tutacağı gözlənilən üçtərəfli görüş müsbət nəticələnə bilərmi? - ƏSAS XƏBƏR
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
