"Quyuların ağzı ona görə açılırdı ki..." | Kiş sakinlərinin özünəməxsus bayram adətləri - Baku TV
Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi Şəkinin Kiş kəndində xüsusi coşqu ilə qeyd olunur.
Kənd sakinləri əsrlərdir qorunub-saxlanılan adət və ənənələrini yaşatdıqlarını bildirirlər. Onlar bu il yel çərşənbəsini qədim Kiş Alban məbədinin ətrafında qeyd edirlər.
Sakinlərin sözlərinə görə, Yel çərşənbəsinin ənənələrindən biri qızların bulaq başına getməsi və qulaq falına çıxmalarıdır.
"Yel çərşənbəsində qızlar bulaq başına gedib, qulaq falına çıxırlar. Söyüd ağacının altına gedib niyyət edirlər, gözləyirlər ki, axşam olsun, söyüd ağacının budağı torpağa dəysin və yel onu sirkələyərək torpağa gətirsin. Bu, arzularımızın qəbul olduğunu bildirir”, – deyə sakinlərdən biri söyləyib.
Yel çərşənbəsində digər bir ənənə isə torpaqların şumlanmasıdır. Kənd sakini bu anı belə ifadə edir: “Deyilənə görə, bu gün torpaqlar şumlanır. Artıq əkin-biçin işlərinə başlanılır, təbiət oyanır. Hətta deyirlər ki, Yel çərşənbəsində külək dağları belə titrədir”.
#Şəki teqi istifadə olunub
- Çobanlıq edən üç uşaq atasının torpaq problemi - "Ortada qalmışam" - Baku TV
- “Qazanda elə şeylər gördük ki...” | Yerin altında qorunan bu muzey niyə dünyada unikaldır? - Baku TV
- "Uşaqlarım qonşunun evindədir" | Həyətləri su altında qalan sakinlər çıxış yolu axtarırlar - Baku TV
- "Bura iflic vəziyyətdədir" - Şirinbulaqda qaz problemi | "Bir balonunu 45 manata..." - Baku TV
- “Xarıbülbül” şəhid və qazi övladlarının yay düşərgəsi təşkil olunub - Baku TV
