Pleyeri seçin:

"Subay qızlar bunu edir, heç kimlə danışmadan..." | Su çərşənbəsinin qədim adət-ənənələri - Baku TV

24 fevral 2026 586 baxış

Novruzun ilk müjdəçisi su çərşənbəsidir. Bu çərşənbəni el dilində əzəl çərşənbə də adlandırırlar.

Ölkəmizin dörd bir tərəfində olduğu kimi, Lənkəranda da su çərşənbəsi qədim adət-ənənəyə uyğun şəkildə qeyd edilir. Su hövzələrində abadlıq işləri görülür. Hələ günəş doğmamış hamı axar su başına gəlir. Suya arzu və niyyətləri söyləyirlər.

Sakin Şahnaz Rzayeva Baku TV-yə su çərşənbəsində həyata keçirilən adətlərdən danışarkən deyib:

“İlk növbədə evlərdə abadlıq, təmizlik işləri görülür və su ilə bütün evlər yuyulur. Süfrəyə su qoyulur ki, evdəkilərin həyatı ilboyu su kimi aydın olsun. Uzaq səfərə gedənlərin dalınca su səpilir. Su süfrəyə dağılanda deyilir ki, su aydınlıqdır”.

Samirə Ağayeva isə Noruz bayramının digər ənənələrindən biri – subay qızlar arasında məşhur olan üzük falından söz açıb:

“İnanca görə, səhər tezdən – hələ gün doğmamış subay qızlar su başına gəlməlidirlər. O sudan götürüb yolboyu kimsə ilə danışmadan evə aparmalıdırlar. Həmin suya “lal su” deyirlər. Axşam isə qızlar bir araya yığışırlar. Nişanlı qızın üzüyünü götürüb, bir saç telinə keçirirlər. Daha sonra onu kasa, yaxud stəkandakı suya üç dəfə batırıb-çıxarırlar. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Neçə dəfə dəyirsə, deməli, həmin qız o yaşada ailə quracaq”.

Göz müayinəsi insult riskinin erkən aşkarlanmasına imkan yarada bilər

Göz müayinəsi insult riskinin erkən aşkarlanmasına imkan yarada bilər

Cəmiyyət
21 sentyabr 2026 586 baxış
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib - Baku TV

BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 586 baxış
Həftənin ilk gününün havası necə olacaq? | Yay havaları geridə qalır? - Baku TV

Həftənin ilk gününün havası necə olacaq? | Yay havaları geridə qalır? - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 586 baxış
Tələbələrə nəqliyyatda yeni güzəşt | Xərclərin bir hissəsi geri qaytarılacaq? - Baku TV

Tələbələrə nəqliyyatda yeni güzəşt | Xərclərin bir hissəsi geri qaytarılacaq? - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 586 baxış
Zirzəmidə dərs keçirilir? | Məktəbdə yer çatışmazlığı müzakirələrə səbəb olub - XÜLASƏ

Zirzəmidə dərs keçirilir? | Məktəbdə yer çatışmazlığı müzakirələrə səbəb olub - XÜLASƏ

Cəmiyyət
20 sentyabr 2026 586 baxış
"Problemlər çoxdur, fasad dağılıb-tökülür..." | Sakinlərin şikayəti nə vaxt həll olunacaq? - Baku TV

"Problemlər çoxdur, fasad dağılıb-tökülür..." | Sakinlərin şikayəti nə vaxt həll olunacaq? - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 586 baxış
DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 586 baxış
"Xalq onu sadəliyinə görə sevirdi" | Məmmədbağır Bağırzadənin son günləri ilə bağlı xatirələr

"Xalq onu sadəliyinə görə sevirdi" | Məmmədbağır Bağırzadənin son günləri ilə bağlı xatirələr

Cəmiyyət
20 sentyabr 2026 586 baxış
Böyük şəhərlərə nümunə olan kənd | Necə oldu ki, bütün şagirdlər tələbə adını qazandı?

Böyük şəhərlərə nümunə olan kənd | Necə oldu ki, bütün şagirdlər tələbə adını qazandı?

Cəmiyyət
20 sentyabr 2026 586 baxış
İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

Cəmiyyət
20 sentyabr 2026 586 baxış
Seçilmişlər
icon